Bəzi xəbərlər hər yerdədir, bəzilərindən isə danışan yoxdur. Heç düşünmüsünüzmü, niyə?
“Agenda-setting”, yəni gündəm təyin etmə nəzəriyyəsi məhz elə budur.
Media bizə yalnız nə barədə düşünməli olduğumuzu demir, necə düşünməli olduğumuzu da deyir.
Ətraflı:
Birinci səviyyə gündəm təyinatı məsələlərin əhəmiyyətinə təsir edir Əlbəttə, hansı xəbər daha çox görünürsə, cəmiyyət həmin məsələni ən əhəmiyyətli hesab edir. Məsələn mediada davamlı olaraq Bayram Nurlunu görsək, insanlar bunu ən böyük problem hesab edəcək.
İkinci səviyyəli gündəm təyinatı məsələlərin xüsusiyyətlərinə diqqət yetirərək insanların necə düşünməyinə təsir edir. Məsələn media cinayət xəbərlərinə “namus təmizləmək” donu geyindirdikcə cəmiyyət bunu normallaşdırmağa, cinayətkara haqq qazandırmağa başlayır.
Xüsusi mövzularda baş vermiş hadisədən çox, medianın onu hansı çərçivədən paylaşmağı daha böyük önəm kəsb edir.
Azərbaycanda 10 milyon insan var və medianın əlində bu insanları idarə edəcək “pult” var. Yəni cəmiyyətin inkişafı da, məhvi də medianın çərçivələrinə, seçdiyi xəbərlərə, sosial media səhifəsində reklama qoyduğu postlara qalıb.
Unutmayın ki, parıldayan hər şey qızıl deyil; bəzən o, sadəcə klikbeyt başlıqdır.
Roessler, P. (2008). Agenda-setting, framing and priming. In The SAGE Handbook of Public Opinion Research (pp. 205–218). SAGE Publications Ltd, https://doi.org/10.4135/9781848607910
McCombs, M. & Shaw, D. (1972). The Agenda-Setting Function of Mass Media. The Public Opinion Quarterly, Vol. 36, №2 (Summer, 1972), pp. 176–187
