All is well

Güclü olmaq hər zaman ağlamamaq deyil... Bəzən sadəcə iki saniyə dayanıb, göz yaşlarını içinə axıdıb, yenidən davam etməkdir. Sən, səssiz qırıldığın anlarda belə özünü yığıb yoluna davam edirsən. Necə deyərlər, #all_is_well. :)


409 baxış
21.04.2025
1 dəq oxuma

Bəzən səni sınağa çəkirlər... Sözlərlə, baxışlarla, səssizliklə. İçində bir fırtına qopur, amma çöldə bircə nəfəs belə vermirsən. Gözlərini gizləyirsən, səsin titrəsin deyə udqunursan. Əslində, o an bir qərar vermək lazımdır: Ya sınacaqsan, ya da içindəki səssiz gücü oyadıb başını dik tutacaqsan.

Bəzən hər şey üst-üstə gəlir. Dayanıb, səssizcə özünlə baş-başa qalır, gözlərindəki yaşların axmasına mane olmağa çalışırsan. Çünki qorxursan – güclü görünməyə çalışan cüssəni zəif göstərər. Amma cəmi iki saniyə… İçindəki fırtınanı sakitləşdirib özünü toparlayırsan. Göz yaşlarını içinə axıdır, dərindən nəfəs alıb yenidən yola davam edirsən.

Sonra düşünürsən: “Bu günə qədər nəyi həll etmədim ki? Bunu da edərəm. Bu da keçər...”