Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Diləzbər Hüseynzadə
  • Hamdım, bişdim, yandım...
    Diləzbər Hüseynzadə
  • 48 Görüntüleme
  • 26.06.2025
  • 3 dk. okuma

Hamdım, bişdim, yandım...

Bəzən olub öz-özümə çox duruxub qalmışam. Gün olub ki, günəşi aya da qısqanmışam... Bir-birini adladıqca gecə səhər dalınca Ulduzları da saymışam mən yuxuya dalınca. İllərlə "həyat sən nə yamansan?!" -deyib, başıma gələn hər pis işdə onu günahlandırırdım. Bir gün qələmi əlimə alıb yazdım ki...

Hamdım, bişdim, yandım...

Əslində, sənin heç bir günahın yox imiş. İnsanlar yalnız özlərinə sərf etdiyi müddətcə sənin nə düşündüyünü, nə hiss etdiyini fikirləşirlər. Sərf etməyəndə isə sənin nə vəziyyətdə olduğun onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

Mən o günlərimdə hiss etdiklərimi bu dəftərə toplamışam. Əvvəllər elə bilirdim ki, günlük yazıram. Əslində isə mən nə vaxt pis bir hadisə yaşasam, bu dəftərə sığınırammışam.

Sonradan o səhifələri oxuyanda dərk etdim ki, hər dəfə gözümün yaşını axıda-axıda yazdığım sətirlərin sonunda bir ümid var. Anladım ki, nəyinsə yaxşı olması üçün keçməli olduğum imtahanlar da var. Və özümə hədəf qoydum: başıma gələn hadisələrdən sonra bu sətirləri bir gün “Şükür, keçdi” deyərək oxuyacağam.

Günlər, aylar bir-birini qovalayanda bir gün yenə bu dəftər çıxdı qarşıma. Qələmi əlimə alıb qürurla “Şükür, keçdi” yazdım. Sonuna bir dənə də :) qoydum.

Keçmişi vərəqlədikcə, hardan-hara gəldiyimi, yıxılanda özümü necə qaldırdığım anları, bu zamanlarda kimlərdən güc alıb, kimlərdən zərbə yediyimi bir daha xatırladım. Amma bu dəfə beynimdə canlanan xatirələr nə qəmgin, nə də kədərli idi. Çünki ağzıma yapışan “kaş ki” sözü artıq dilimə qonaq gəlmirdi. Artıq indiki mən olmağım üçün o günləri də görməli olduğumu başa düşmüşdüm.

Bildirim ki, təcrübələr həyatın hər anında sizi olduğunuz yerdən başqa bir versiyanıza çatdırır. Təsəvvür edin, hər hansı bir elektron alət və ya smartfon... Hər dəfə yeniləndikcə tələbat artır və insanların marağını cəlb edir. Mövlananın “Hamdım, bişdim, yandım” fikrindən yola çıxsaq, insan öz üzərində çalışdıqca səviyyələri də artır. Qul yanma nöqtəsinə çata bilsə, keçdiyi bütün qaranlıq yolların bir işığa çatmaq üçün pillə olduğunu anlayır.

Və əlqərəz, deyəcəyim odur ki, əslində başımıza gələn hadisələrdə aramızda ən günahsız da elə “nə yamansan” dediyiniz həyat, yəni dünya imiş...

Ona görə də bir gün dedim ki:

Bacarsam, dünyanın ən bəd gününəƏn xoş insanları dəvət edərdim.Dünyanı güldürüb, könlünü alıbTayı olmayan bir məkan edərdim.Danışıb, gülüşüb, dostca anlaşıb,Bilərdim nə dərdi, nə qəmi varmış.Qəlbinə gizlənmiş kədər altındaNələrin, kimlərin əl izi varmış.Bacarsam, başına tac da taxardım,Ətirli gülləri qoparsam belə.Əlvan rənglərini, ləçəklərini

Calayıb düzərdim mən tellərinə.

Bir çoxunun oxuduğu, dinlədiyi o məşhur hekayədə də belədir. Ovcundakı kəpənəyin sağ, yoxsa ölü olduğunu soruşan balaca qızın müdrik qocadan aldığı cavab kimi:"Həyat sənin əlindədir."

Mən bunu anlayandan sonra “Özünü Yarat” yarandı. Gördüyüm işlər isə öz axarı ilə gedir.

Həyatımız öz əlimizdədir.Başınıza gələn hər çətinlikdə dəyərinə dəyər qatmağınız diləyi ilə…

Diğer yazılar

Salam, Necəsən?

Salam, Necəsən?

  • 117 Görüntüleme
  • 17.05.2025
  • 1 dk. okuma
Bəzən bir quru salama qalır ümid... ...
Herkes
Daha fazla bilgi
Suda gizlənən enerji

Suda gizlənən enerji

  • 89 Görüntüleme
  • 29.04.2025
  • 1 dk. okuma
Hər bir insanın toxunuşu suya fərqli təsir edir. ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.