Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Cəlil Cavanşir
  • Bu sadə qaydalar sizi sevilən insana çevirəcək
    Cəlil Cavanşir
  • 5 Görüntüleme
  • 10.07.2025
  • 2 dk. okuma

Bu sadə qaydalar sizi sevilən insana çevirəcək

1. Heç kəsə iki dəfədən artıq ardıcıl zəng etməyin. Əgər cavab vermirsə, deməli, məşğuldur və sizinlə sonra maraqlanacaq. 2. Borc aldığınız pulu, qarşı tərəf onu xatırlatmadan öncə geri qaytarın. Bu, sizin dürüstlüyünüzün və xarakterinizin göstəricisidir. Eyni prinsip digər əşyalara da aiddir. 3. Kiminsə sizi yeməyə qonaq etdiyi zaman menyudakı ən bahalı yeməyi sifariş etməyin. Ən yaxşısı qonaq edənin seçdiyi yeməyi qəbul etməkdir. 4. Heç kimə "Hələ evlənməmisən?", "Uşağın yoxdur?", "Niyə ev almamısan?" və ya "Niyə maşının yoxdur?" kimi şəxsi və uyğun olmayan suallar verməyin. Bunlar sizin işiniz deyil.

Bu sadə qaydalar sizi sevilən insana çevirəcək

5. Arxanızda gələn şəxs üçün qapını açmağı vərdişə çevirin. Cinsiyyət və yaş fərq etməz – cəmiyyət içində nəzakətli davranış sizi heç vaxt kiçiltməz.6. Əgər dostunuz sizin üçün ödəniş edibsə, növbəti dəfə mütləq siz ödəyin.7. Fərqli fikirlərə hörmət edin. Unutmayın, bir insanın “6” gördüyü sizə “9” kimi görünə bilər. Fərqli baxışlar faydalı ola bilər.8. İnsanların sözünü kəsməyin. Onların fikrini sona qədər dinləyin və dediklərini süzgəcdən keçirin.9. Danışarkən mövzudan yayınmayın. Məsələni sadə və konkret şəkildə çatdırmağa çalışın.10. Kiminsə üzərinə zarafatla gedirsinizsə və bu, ona xoş deyilsə – dərhal dayanın və bir daha etməyin. İnsanları dəstəkləyin və minnətdarlığınızı göstərin.11. Kimsə sizə kömək etdikdə, sadə bir "çox sağ olun" demək kifayətdir.12. Dostlarınızı ictimaiyyət qarşısında tərifləyin, tənqid etməli olsanız, təkbətək edin.13. Heç kimin çəkisi barədə şərh verməyə ehtiyac yoxdur. Sadəcə “çox gözəl görünürsən” deməyiniz kifayətdir. Əgər çəki barədə danışmaq istəsələr, özləri edəcəklər.14. Kimsə sizə telefonunda şəkil göstərirsə, sola və ya sağa keçməyin. Qarşıda nə olduğunu bilmirsiniz.15. Dostunuz sizə həkimə getdiyini deyirsə, səbəbini soruşmayın. "Ümid edirəm yaxşısan" deməyiniz yetərlidir.16. Təmizlik işçisinə də direktora, rəhbərə göstərdiyiniz hörməti göstərin. İnsana yuxarıdan baxmaq deyil, sayğılı davranmaq sizə dəyər qazandırır.17. Kimsə sizinlə danışarkən telefona baxmaq çox kobud hərəkətdir.18. Sizdən istənilmədən heç kimə məsləhət verməyin.19. Heç kimə yaşını və maaşını soruşmayın – bu şəxsi məsələdir.20. Sizi birbaşa maraqlandırmayan işlərə qarışmayın, öz işinizə fokuslanın.21. Küçədə kiminləsə söhbət edirsinizsə, gün eynəyinizi çıxarın. Göz təması hörmətin ifadəsidir.22. İmkanı olmayan insanların yanında var-dövlətinizdən danışmayın. Uşağı olmayanların yanında da öz övladlarınız haqqında danışmamağa çalışın.23. Gözəl bir mesaj oxuduğunuz zaman "mesaj üçün təşəkkür edirəm" deməyi unutmayın.24. Mobil telefonla danışarkən başqalarının sizi eşitmək məcburiyyətində qalmamasına diqqət yetirin.

Diğer yazılar

Mütaliə Etmək Üçün 5 Güclü Səbəb!

Mütaliə Etmək Üçün 5 Güclü Səb

  • 12 Görüntüleme
  • 10.07.2025
  • 2 dk. okuma
Oxumaq sadəcə vərdiş deyil – bu, düşüncə tərzidir. Hər gün cəmi 15 -20 dəqiqə mütaliə həyatınızı dəyişə bilər. Niyə? ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.