
5. Arxanızda gələn şəxs üçün qapını açmağı vərdişə çevirin. Cinsiyyət və yaş fərq etməz – cəmiyyət içində nəzakətli davranış sizi heç vaxt kiçiltməz.6. Əgər dostunuz sizin üçün ödəniş edibsə, növbəti dəfə mütləq siz ödəyin.7. Fərqli fikirlərə hörmət edin. Unutmayın, bir insanın “6” gördüyü sizə “9” kimi görünə bilər. Fərqli baxışlar faydalı ola bilər.8. İnsanların sözünü kəsməyin. Onların fikrini sona qədər dinləyin və dediklərini süzgəcdən keçirin.9. Danışarkən mövzudan yayınmayın. Məsələni sadə və konkret şəkildə çatdırmağa çalışın.10. Kiminsə üzərinə zarafatla gedirsinizsə və bu, ona xoş deyilsə – dərhal dayanın və bir daha etməyin. İnsanları dəstəkləyin və minnətdarlığınızı göstərin.11. Kimsə sizə kömək etdikdə, sadə bir "çox sağ olun" demək kifayətdir.12. Dostlarınızı ictimaiyyət qarşısında tərifləyin, tənqid etməli olsanız, təkbətək edin.13. Heç kimin çəkisi barədə şərh verməyə ehtiyac yoxdur. Sadəcə “çox gözəl görünürsən” deməyiniz kifayətdir. Əgər çəki barədə danışmaq istəsələr, özləri edəcəklər.14. Kimsə sizə telefonunda şəkil göstərirsə, sola və ya sağa keçməyin. Qarşıda nə olduğunu bilmirsiniz.15. Dostunuz sizə həkimə getdiyini deyirsə, səbəbini soruşmayın. "Ümid edirəm yaxşısan" deməyiniz yetərlidir.16. Təmizlik işçisinə də direktora, rəhbərə göstərdiyiniz hörməti göstərin. İnsana yuxarıdan baxmaq deyil, sayğılı davranmaq sizə dəyər qazandırır.17. Kimsə sizinlə danışarkən telefona baxmaq çox kobud hərəkətdir.18. Sizdən istənilmədən heç kimə məsləhət verməyin.19. Heç kimə yaşını və maaşını soruşmayın – bu şəxsi məsələdir.20. Sizi birbaşa maraqlandırmayan işlərə qarışmayın, öz işinizə fokuslanın.21. Küçədə kiminləsə söhbət edirsinizsə, gün eynəyinizi çıxarın. Göz təması hörmətin ifadəsidir.22. İmkanı olmayan insanların yanında var-dövlətinizdən danışmayın. Uşağı olmayanların yanında da öz övladlarınız haqqında danışmamağa çalışın.23. Gözəl bir mesaj oxuduğunuz zaman "mesaj üçün təşəkkür edirəm" deməyi unutmayın.24. Mobil telefonla danışarkən başqalarının sizi eşitmək məcburiyyətində qalmamasına diqqət yetirin.