Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Asim Hasanov HR İnsan Resursları
  • Gənclər Niyə İş Tapa Bilmir? Bir HR və Sahibkar Baxışı
    Asim Hasanov HR İnsan Resursları
  • 2 Görüntüleme
  • 26.05.2026
  • 7 dk. okuma

Gənclər Niyə İş Tapa Bilmir? Bir HR və Sahibkar Baxışı

asir əmək bazarında ən çox qarşılaşdığımız, sosial şəbəkələrdə hər gün müzakirə olunan və gənclərin ən çox yaralı yeri olan mövzu budur: "Universiteti bitirmişəm, sertifikatlarım var, könüllü olmuşam, amma iş tapa bilmirəm." Digər tərəfdən isə şirkətlər və sahibkarlar davamlı olaraq kadr qıtlığından, komandaya daxil etməyə "yetişmiş" insan tapmamaqdan şikayətlənirlər. Ortada böyük bir disbalans var. Bəs bu problemin kökündə nə dayanır? Gənclər harda səhv edirlər?

Gənclər Niyə İş Tapa Bilmir? Bir HR və Sahibkar Baxışı

Bir HR peşəkarı, kiçik iş adamı və asimos.az platformasının yaradıcısı kimi, bu gün sizə gənclərin iş tapa bilməməsinin real, bəzən acı, amma tamamilə praktiki səbəblərini və bu dalğadan necə çıxmaq barədə yeni nəsil həll modelini təqdim edəcəyəm.

1. Yanlış Fokus: "Kitab Oxumaq" və Teoriya Tələsi

Gənclərin etdiyi ən böyük strateji səhv vaxtın və enerjinin böyük hissəsini sadəcə "oxumağa" ayırmaqdır. Akademik biliklər, universitet proqramları və qalın dərsliklər sizə sahənin konseptual tərəfini anlada bilər, lakin onlar sizi işə hazırlamır.

Bu gün dərsliklərdə yazılan bir çox məlumat əmək bazarına gəlib çatana qədər artıq köhnəlir. Üstəlik, süni intellektin (məsələn, ChatGPT) hər şeyi bildiyi bir dövrdə yaşayırıq. Siz hər hansı bir nəzəriyyəni, tərifi və ya düsturu yadda saxlamaq üçün aylarla vaxt itirə bilərsiniz, amma bu gün kompüterin qarşısındakı hər kəs o məlumata 3 saniyəyə çatır.

Problem bilməmək deyil: Müasir dünyada problem məlumatın qıtlığı yox, onun tətbiq olunmamasıdır. ChatGPT və digər texnologiyalar hər şeyi bilir, amma onlarda insana xas olan tətbiqetmə bacarığı, intuition (bəsirət) və böhran anında qərar vermə instinkti yoxdur. Şirkətlər də sizə "nəyi bilirsiniz" deyə yox, "bildiyinizlə nə edə bilirsiniz" deyə maaş verirlər.

2. Karyera Planlamasının Olmaması və Gecikmiş İxtisas Dəyişimi

Bir çox tələbə universiteti sadəcə "oxumuş olmaq üçün" oxuyur. İlk iki-üç ildə heç bir karyera planlaması edilmir. Hansı şirkətlərdə işləmək olar, o şirkətlərin tələbləri nələrdir, bazar hara gedir, bu barədə sorğulama aparılmır.

Ən təhlükəli məqam isə ixtisas dəyişiminə iş axtarmaq mərhələsində başlamaqdır. Tələbə 4 il tamamilə fərqli bir sahəni oxuyur, məzun olur və diplomun bazarda qarşılığı olmadığını görəndə anidən qərar verir: "Mən SMM olmaq istəyirəm" və ya "Mən HR sahəsinə keçirəm".

İxtisas dəyişmək pis bir şey deyil. Lakin bunu bədbəxtlikdən və çarəsizlikdən, məhz iş axtardığınız o gərgin periodda etməyə çalışanda uğursuzluq qaçılmaz olur.

Earla planlama etmək lazımdır. Əgər oxuduğunuz işi, ixtisası sevmirsinizsə, bunu universitetin 2-ci kursunda fərq etməli və paralel olaraq sevdiyiniz sahəni öyrənməyə başlamalısınız.

Universitet dərsləri ilə paralel olaraq real layihələr araşdırmalı, gələcək peşənizin təməllərini hələ diplom almamışdan atmalısınız.

3. "Könüllülük" və "Sertifikat" İnflyasiyası

Keçmişdə CV-də "Könüllü" sözünün yazılması böyük bir üstünlük idi. Bu gün isə vəziyyət kökündən dəyişib. İndi bazarda minlərlə könüllü tələbə var ki, öz ixtisası üzrə iş tapa bilmir.

Niyə istəsələr də alınmır? Cavab sadədir: Çünki hamı könüllü olub. Hər kəs eyni dövlət qurumlarında, eyni gənclər təşkilatlarında, eyni tədbirlərdə "bilet yoxlamaq", "qonaq qarşılamaq" və ya "məlumat masasında oturmaq" kimi texniki işlərlə məşğul olub. Bu tip könüllülük artıq güclü və unikal profil yaratmır. CV süzgəcindən keçəndə bütün namizədlər bir-birinin kopyası kimi görünür.

Eyni vəziyyət sertifikatlar üçün də keçərlidir. Yerli bazardakı kurslar hər ay "konveyer" kimi minlərlə tələbə istehsal edir. Hamı eyni şablon tapşırıqları edir, eyni rəngli sertifikatları alır. Üstəlik, bu kurslar və beynəlxalq sertifikat imtahanları gənclərin büdcəsi üçün olduqca bahadır. Maddi və mənəvi resurs yatırırsınız, amma günün sonunda əlinizdə sadəcə bir kağız parçası qalır, çünki o kursların heç biri sizə real biznesin stressini və mühitini ötürə bilmir.

4. İndinin və Gələcəyin İş Tapma Modeli: Startaplar

Bəs çıxış yolu nədir? Kütlədən necə seçilmək olar? Bir HR və kiçik bir biznes sahibi kimi mənim gənclərə ən böyük və qəti tövsiyəm budur: Startap mühitinə daxil olun.

Startap real iş mühitidir. Ora nə universitet auditoriyasıdır, nə də rahat korporativ ofisdir. Startap sərtdir, dinamikdir və dözümlülük tələb edir:

Çoxfunksiyalılıq: Startaplarda adətən 5 nəfərlik kiçik bir komanda olur, amma onlar 15 adamın görəcəyi işə fokuslanırlar. Burada siz eyni anda həm marketoloq, həm analitik, həm müştəri xidmətləri, həm də layihə meneceri olmağı öyrənirsiniz.

Səhv etmək azadlığı və Sərt qaydalar: Startap sizə səhv etmək və o səhvdən sürətlə öyrənmək şansı verir. Amma qaydalar sərtdir: bacardın, inkişaf edib qalırsan və şirkətlə böyüyürsən, bacarmadın, səni uzaqlaşdırırlar. Çünki kiçik komandanın heç bir üzvünün "boş oturmaq" lüksü yoxdur.

Startapda Niyə Xoşbəxt Olacaqsınız?

Bütün bu çətinliklərə baxmayaraq, startap mühitində özünüzü inanılmaz dərəcədə xoşbəxt hiss edəcəksiniz. Çünki orada mikro-menecment olmur, bürokratiya olmur. Siz sevdiyiniz işi görürsünüz, yaratdığınız məhsulun və ya göstərdiyiniz xidmətin nəticəsini dərhal canlı olaraq müşahidə edirsiniz. Hər gün yeni bir çağırışla üzləşir və dərs oxuyaraq 3 ilə öyrənə bilməyəcəyiniz təcrübəni 3 aya qazanırsınız.

5. Müsahibə Otağında Müvəffəqiyyətin Sirri

Bir HR olaraq mənim qarşıma hər gün onlarla namizəd çıxır. İnanın, müsahibədə startap təcrübəsi olan biri ilə danışanda bu, anidən, elə ilk dəqiqələrdən özünü büruzə verir.

Kitab cümlələri ilə danışan, kursda əzbərlədiyi terminləri sıralayan gənclər cəlbedici görünmürlər. Şirkətlərə "robotlar" lazım deyil. Startapdan gələn gənc isə fərqlidir. Müsahibədə ona bir keys (situasiya) təqdim edəndə və ya sual verəndə, onun cavabı belə olur:

"Doğrusu, bu nəzəriyyənin tam adını və ya kitab versiyasını bilmirəm. Amma biz startapda işləyəndə tam olaraq bu problemlə qarşılaşmışdıq. Büdcəmiz yox idi, vaxtımız az idi və biz komanda ilə belə bir kreativ həll yolu tapıb böhrandan çıxdıq..."

Bax, bir HR-ın eşitmək istədiyi ən mükəmməl cavab budur! Bu cavab mənə namizədin problemi həll etmə bacarığını (problem-solving), stressə davamlılığını və real iş təcrübəsini göstərir. Bu adam artıq kütlədən tamamilə seçilir.

Nəticə: Enerjinizi Düzgün İstiqamətləndirin

Əziz gənclər, dövr dəyişib. Artıq sadəcə diplom, standart könüllülük layihələri və bahalı kurs sertifikatları sizi xilas etməyəcək. Kütlənin getdiyi yolla getsəniz, kütlənin aldığı nəticəni alacaqsınız, yəni işsizlik və məyusluq.

Enerjinizi düzgün istiqamətləndirin.

Praktikaya qaçın: Kiçik şirkətlərə, böyüməkdə olan startaplara fokuslanın. Ora sadəcə işçi kimi yox, dəyər yaradan bir tərəfdaş kimi girin.

Öyrənməyi tətbiq edin: Oxuduğunuz hər bir səhifəni, aldığınız hər bir məlumatı ertəsi gün real bir işdə sınaqdan keçirin.

Kütlədən seçilin: Hər kəsin etdiyini etməyi dayandırın. Öz unikal profilinizi real iş mühitində səhv edərək, əzilərək, amma bişərək qurun.

Unutmayın, gələcəyin iş tapma və karyera qurma modeli fəaliyyətsiz teoriya yox, çevik və cəsarətli startap təfəkkürüdür.

Diğer yazılar

Neçə yaşda işləmək lazımdır?

Neçə yaşda işləmək lazımdır?

  • 2 Görüntüleme
  • 26.05.2026
  • 8 dk. okuma
İş həyatına neçə yaşda başlamaq lazımdır? Bu sual həm gənclərin, həm valideynlərin, həm də sosioloqların və insan resursları mütəxəssislərinin tez-tez ...
Herkes
Daha fazla bilgi
Kimlər HR olmamalıdır?

Kimlər HR olmamalıdır?

  • 17 Görüntüleme
  • 24.05.2026
  • 4 dk. okuma
"Mən insanları sevirəm, ona görə HR olmaq istəyirəm" düşüncəsi niyə səhvdir? HR peşəsinə uyğun olmayan xarakter tipləri və sahənin real tələbləri. ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.