Asim Hasanov HR İnsan Resursları

Asim Hasanov HR İnsan Resursları

HR & Founder www.asimos.az
  • 0 Hayran
Asim Hasanov HR İnsan Resursları için kofe satın al
Bu mesajı özel yap

Bir dəfəyə max. dəstək 200 ₼22 kofe

Asim Hasanov HR İnsan Resursları
HR & Founder www.asimos.az

Salam! Mən Asim Həsənov.

Məni yəqin ki, LinkedIn layihələrindən, HR sahəsindəki paylaşımlarımdan və ya komunitimiz üçün faydalı nəsə yaratmağa çalışarkən tanımısınız. Hazırda fəaliyyətimi rəqəmsal iş elanları platformasının rəhbəri, HR idarəçisi və bu sahədə aktiv bir ictimai xadim kimi davam etdirirəm.

Məqsədim sadədir: Azərbaycanda əmək bazarını daha şəffaf etmək, gənc istedadlara və HR peşəkarlarına doğru yolu göstərmək və ekosistemə rəqəmsal innovasiyalar gətirmək. Hər gün yeni ideyalar, alətlər və layihələr üzərində işləyirəm ki, iş axtaranlarla işəgötürənlər daha sürətli və effektiv şəkildə qovuşsunlar.

Niyə buradayam?

Bu platformanı yaratmaqda məqsədim maddi bir gözlənti deyil. Mənim üçün mənə edilən təşəkkürün rəqəmlərlə heç bir əhəmiyyəti yoxdur. Burada rəqəmlər yox, hisslər və dəyər danışır.

Buradan gələn hər bir minnətdarlıq və qəhvə dəstəyi, mənim üçün sadəcə böyük bir motivasiya mənbəyidir. Bu, mənə "Asim, doğru yoldasan, davam et və daha çox insana toxun!" mesajını verir.

"Ən böyük investisiya insana və gələcəyə edilən investisiyadır."

Əgər paylaşımlarım, layihələrim və ya platformam sizə bir HR, iş axtaran və ya sahənin peşəkarı kimi faydalı olubsa, virtual bir qəhvə ilə mənə rəqəmsal bir "sağ ol" deyə və enerjimi artıra bilərsiniz! 🚀

Dəstəyiniz və mənə verdiyiniz bu gözəl motivasiya üçün indidən hər birinizə təşəkkür edirəm! Müvəffəqiyyət hər zaman sizinlə olsun!