Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Asim Hasanov HR İnsan Resursları
  • Siqaret çəkməyən işçilərə əlavə məzuniyyət verilir
    Asim Hasanov HR İnsan Resursları
  • 6 Görüntüleme
  • 31.05.2026
  • 2 dk. okuma

Siqaret çəkməyən işçilərə əlavə məzuniyyət verilir

İş elə gərgin, stress elə səviyyədə olur ki, bəzən insan sadəcə "nəfəs almaq" üçün o fasiləyə qaçır. Hətta elə işçi var ki, siqaret çəkmir, amma elə masasında otura-otura "tüstüləyir" və işləmir. Yəni məsələ sadəcə siqaret çəkmək deyil, düzgün enerji idarəetməsidir.

Siqaret çəkməyən işçilərə əlavə məzuniyyət verilir

 Siqaret çəkməyən işçiyə əlavə 2 gün MƏZUNİYYƏT? 🚭

Bəli, səhv oxumadınız. Bu gün Rusiyanın məşhur iş elanları saytlarının birində şirkətlərdən birinin vakansiya bəndində maraqlı bir qeyd diqqətimi çəkdi: "Siqaret istifadə etməyənlərə illik əlavə 2 gün məzuniyyət verilir."

İlk baxışda sadə bir bonus kimi görünsə də, arxasında çox ciddi bir HR analitikası və strateji yanaşma dayanır.

Bu gün 31 May - Ümumdünya Tütünsüz Günüdür. Gəlin məsələyə rəqəmlər və qlobal HR praktikası pəncərəsindən baxaq:

📊 "Siqaret fasiləsi" şirkətlərə neçəyə başa gəlir?

Standart bir siqaret fasiləsi təxminən 10-15 dəqiqə çəkir.

Gün ərzində 4-5 dəfə fasiləyə çıxan işçi, günün demək olar ki, 1 saatını iş prosesindən kənarda keçirir.

Bu isə ayda təxminən 20 iş saatı (yəni bütöv 2.5 iş günü) deməkdir!

🌍 Dünyadan fərqli korporativ yanaşmalar:

Şirkətlər bu itirilən zamanı və işçilərin sağlamlığını qorumaq üçün fərqli yollara əl atırlar:

Yaponiya (Piala Inc.): Bu praktikanı dünyada ilk tətbiq edənlərdən oldu. Siqaret çəkməyən işçilərinə ildə əlavə 6 gün pullu məzuniyyət verməyə başladılar. Nəticə? Həm daxili motivasiya artdı, həm də bir çox işçi zərərli vərdişdən imtina etdi.

Qərb Şirkətləri: Bir çox qlobal nəhəng siqaret çəkməyən işçilərin tibbi sığorta paketlərinə xüsusi bonuslar əlavə edir və ya idman zalları üçün ödənişsiz abunəliklər təqdim edir.

📌 HR-ın vəzifəsi təkcə cərimələmək deyil, həvəsləndirməkdir!

Cərimələr və qadağalar çox vaxt gizli narazılıq yaradır. Amma sağlam həyat tərzini "əlavə məzuniyyət" və ya fərqli korporativ imtiyazlarla mükafatlandırmaq həm employer branding (işəgötürən brendi) üçün mükəmməl gedişdir, həm də komandada sağlam rəqabət yaradır.

Sonda oxuduğum o elana qayıtsaq: Görünür, artıq regionumuzdakı şirkətlər də "siqaret çəkməyən işçi — daha produktiv işçidir" düsturunu rəsmiləşdirməyə başlayıblar.

Sizcə, bizim yerli şirkətlərdə də bu praktika tətbiq olunsa, siqareti tərgitmək istəyənlərin sayı artar? Şərhlərdə fikirlərinizi bölüşün. 👇

Diğer yazılar

Müsahibə prosesində nə öyrəndim

Müsahibə prosesində nə öyrəndi

  • 5 Görüntüleme
  • 31.05.2026
  • 1 dk. okuma
Övladlığa götürmək ilə himayədar ailə olmaq eyni deyil! ...
Herkes
Daha fazla bilgi
Neçə yaşda işləmək lazımdır?

Neçə yaşda işləmək lazımdır?

  • 25 Görüntüleme
  • 26.05.2026
  • 8 dk. okuma
İş həyatına neçə yaşda başlamaq lazımdır? Bu sual həm gənclərin, həm valideynlərin, həm də sosioloqların və insan resursları mütəxəssislərinin tez-tez ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.