Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Asim Hasanov HR İnsan Resursları
  • CV Nədir? Bəs ATS əsaslı CV nədir? Müasir İşəqəbul Sistemlərinin Gizli Kodları
    Asim Hasanov HR İnsan Resursları
  • 3 Görüntüleme
  • 24.05.2026
  • 4 dk. okuma

CV Nədir? Bəs ATS əsaslı CV nədir? Müasir İşəqəbul Sistemlərinin Gizli Kodları

ATS nədir və CV necə yazılmalıdır? Süni intellekt əsrinə uyğun, ATS süzgəclərindən keçən uğurlu CV hazırlamağın qızıl qaydaları və geniş izahı.

CV Nədir? Bəs ATS əsaslı CV nədir? Müasir İşəqəbul Sistemlərinin Gizli Kodları

İş axtarışı prosesi son illərdə köklü şəkildə dəyişib. Artıq şirkətlərə minlərlə namizəd müraciət edir və bu müraciətlərin idarə olunması ənənəvi üsullarla qeyri-mümkün hala gəlib. Bu nöqtədə qarşımıza iki mühüm anlayış çıxır: namizədin vizit kartı olan CV və şirkətlərin rəqəmsal keşikçisi olan ATS.

Gəlin bu iki anlayışı, onların bir-biri ilə əlaqəsini və müasir əmək bazarındakı rolunu ən xırda detallarına qədər araşdıraq.

1. CV (Curriculum Vitae) Nədir?

CV (Curriculum Vitae) – latın dilindən tərcümədə "həyat yolu" deməkdir. İş dünyasında isə CV, bir fərdin təhsili, iş təcrübəsi, bacarıqları, sertifikatları və peşəkar nailiyyətlərini xronoloji və ya funksional ardıcıllıqla əks etdirən rəsmi sənəddir.

📌 Müasir bir CV-nin daxilində nələr olmalıdır?

Şəxsi və Əlaqə Məlumatları: Ad, soyad, peşəkar başlıq (məsələn: HR Specialist), telefon nömrəsi, e-mail ünvanı və LinkedIn profili.

Xülasə / Haqqımda (Summary) Hissəsi: CV-nin ən yuxarı hissəsində yer alan, namizədin kim olduğunu, əsas güclü tərəflərini və şirkətə nə qazandıracağını izah edən 3-4 cümləlik vizit kartı.

İş Təcrübəsi: Ən son iş yerindən başlayaraq geriyə doğru sıralama. Burada sadəcə vəzifə öhdəlikləri deyil, əldə olunan nailiyyətlər və metrikalar (rəqəmlərlə) qeyd olunmalıdır.

Təhsil backgroundu: Bitirdiyiniz universitetlər, ixtisaslar və təhsil illəri.

Bacarıqlar (Skills): Vakansiyaya uyğun texniki (hard skills) və şəxsi (soft skills) bacarıqlar.

Dillər və Sertifikatlar: Bildiyiniz dillərin səviyyəsi və sahənizə aid beynəlxalq sertifikatlar.

2. ATS (Applicant Tracking System) Nədir?

ATS (Applicant Tracking System) – dilimizə "Namizədlərin İzlənməsi Sistemi" kimi tərcümə olunur. Bu, şirkətlərin iş elanlarını yayımlamaq, gələn CV müraciətlərini toplamaq, onları avtomatik analiz etmək (parsing) və işəqəbul prosesini başdan-ayağa idarə etmək üçün istifadə etdikləri rəqəmsal proqram təminatıdır.

Müasir dünyada iri korporasiyaların və iş elanları platformalarının demək olar ki, hamısı bu sistemlərdən istifadə edir.

🤖 ATS Necə İşləyir?

Vakansiya yaradılır: HR menecer sistemə vakansiyanın tələblərini və açar sözləri (keywords) daxil edir (məsələn: SQL, Agile, 3 il təcrübə).

Müraciətlər toplanır: Namizədlər CV-lərini sistemə yükləyirlər.

CV Analizi (Parsing): ATS botları CV-ni oxuyur, ordakı mətni parçalayır, təcrübə və bacarıqları vakansiyanın tələbləri ilə müqayisə edir.

Reytinqləndirmə (Scoring): Sistem vakansiyaya ən uyğun gələn CV-ləri 100% üzərindən reytinqləndirərək HR-a təqdim edir. Uyğun olmayan CV-lər isə avtomatik olaraq aşağı sıralara düşür və ya ələnir.

3. CV və ATS Arasındakı Mübarizə: "ATS-Dostu CV" Nədir?

Bir çox namizəd şikayət edir ki: "Mənim təcrübəm mükəmməldir, amma müraciətlərimə heç baxmırlar." Bunun səbəbı CV-nin vizual olaraq gözəl, lakin ATS üçün "oxunmaz" olmasıdır. ATS proqramları insan deyil, onlar dizayna yox, mətnə və struktura baxırlar.

💡 CV-nizi ATS-dən Keçirməyin Qızıl Qaydaları:

Açar Sözlərdən (Keywords) İstifadə Edin: Vakansiya elanında hansı terminlər yazılıbsa (məsələn, "Budgeting" və ya "Data Analysis"), o sözlər sizin CV-nizdə də eynilə keçməlidir. ATS bu sözləri axtarır.

Slojen Qrafiklərdən və İkonlardan Qaçın: CV-də istifadə olunan qrafiklər, irihəcmli cədvəllər, irəliləyiş barları (məsələn: English 80%) ATS botlarının beynini qarışdırır və sistem mətni oxuya bilmədiyi üçün CV-ni rədd edir.

Standart Şriftlər Seçin: Arial, Calibri, Times New Roman kimi sistemlərin rahat tanıdığı şriftlərə üstünlük verin.

Doğru Formatda Yadda Saxlayın: Əgər vakansiyada xüsusi olaraq Word formatı istənilmirsə, CV-nizi həm strukturu pozulmayan, həm də müasir ATS-lərin rahat oxuduğu PDF formatında göndərin.Yekun Nəticə: Müasir əmək bazarında uğur qazanmaq üçün təkcə güclü mütəxəssis olmaq yetmir. Eyni zamanda öz peşəkar pasportunuzu (CV) rəqəmsal dünyanın qaydalarına (ATS) uyğunlaşdırmağı bacarmalısınız. Yalnız ATS süzgəcindən keçən bir CV insan gözünə (HR-a) çatır və sizə müsahibə qapısını açır!

Diğer yazılar

Kimlər HR olmamalıdır?

Kimlər HR olmamalıdır?

  • 2 Görüntüleme
  • 24.05.2026
  • 4 dk. okuma
"Mən insanları sevirəm, ona görə HR olmaq istəyirəm" düşüncəsi niyə səhvdir? HR peşəsinə uyğun olmayan xarakter tipləri və sahənin real tələbləri. ...
Herkes
Daha fazla bilgi
"Hörmətli Namizəd, Təəssüf edirik..." – İş Axtararkən Motivasiyanı Necə Qorumalı?

"Hörmətli Namizəd, Təəssüf edi

  • 3 Görüntüleme
  • 24.05.2026
  • 4 dk. okuma
İş axtarışında gələn rədd cavabları və səssizlik qarşısında tükənməmək, psixoloji dayanıqlığı qorumaq və motivasiyanı yenidən bərpa etmək üçün 5 qızıl ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.