- 8 Noyabr 2020
Xocavәnd Qırmızıbazar istiqamәtindәn mövqemizi dәyişib Şuşa istiqamәtinә yol almışdıq.Şuşanın tam azad olunmasını bu әrazilәrdә xәbәr almışdıq. Ermәni evlәri, yemәklәri,mal-qarası,әşyaları hamısı biz әsgәrlәrin әlindә idi 😉
Gördüyünüz bu evdә birdәnә qәşәng quzu kәsmişdik.Hәm buğlama, hәm dә kabab yemәk üçün.
Dostlardan biri evdәn duz tapmışam dedi.Dadına baxmadan quzunu öz alәmimizdә duzluyuruq.Sәn demә pesok imiş 😂 o boyda quzu kababı oldu,bal :d
Dedik,eybi yox buğlamamız dadlı olar...Qoyduq ki, suyu qaynadaq. Çıxış әnri gәldi,üzü Xankәndiyә gedirik 😏
Set ümumiyyәtlә tutmurdu. 20-30 dәfәdәn sonra evlә danışmaq,mümkün oldu.2-3 gün danışa bilmәyәcәyik deyib, telefonu söndürdüm Bakıda böyük bayram keçirilirdi.
Şuşadan xüsusi tәyinatlılardan bir-iki nәfәr gәldi.Şuşanın mәrkәzindәn videolar göstәrdilәr.Dedilәr, kiçik bir qruppayla 200 yaxın ermәnini әsir götürmüşük.Adam öz XTQsi ilә fәxr edir 😊