Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Әli Әhmәdli
  • 20 Oktyabr ( Mayor Azayevin şəhid olduğu gün)
    Әli Әhmәdli
  • 62 Görüntüleme
  • 20.10.2025
  • 3 dk. okuma

20 Oktyabr ( Mayor Azayevin şəhid olduğu gün)

Səhər tezdən idi.Mayor Azayev özü rabitəçisi ilə müşahidəyə getmişdi.Gələrkən, “Onlar hələ səhər yeməyinə başları qarışıb,artilleriya vursun biz də hücum edək.Yaxşı qənimətlər də əldə edə bilərik deyə məruzə etdi.” Zabitlər öz aralarında söhbət edirdi.Mәqsәdimiz Bunkerә gedәn yolu tutmaq idi.Sonra biz yavaş-yavaş irəliləməyə başladıq.

20 Oktyabr ( Mayor Azayevin şəhid olduğu gün)

Səhər tezdən idi.Mayor Azayev özü rabitəçisi ilə müşahidəyə getmişdi.Gələrkən, “Onlar hələ səhər yeməyinə başları qarışıb,artilleriya vursun biz də hücum edək.Yaxşı qənimətlər də əldə edə bilərik deyə məruzə etdi.” Zabitlər öz aralarında söhbət edirdi.Mәqsәdimiz Bunkerә gedәn yolu tutmaq idi.Sonra biz yavaş-yavaş irəliləməyə başladıq.Birinci 7-8 nəfər öndə dayanmışdıq.Baş-leytenant Azər Həmidov bizi qaçırsınız qabaqdakı balaca səngərdə mövqe tutursunuz.Hissə-hissə irəliləyirik.Biz qaçıb yerimizə çatanda,xəbər etdiki səhv getmisiniz,qayıdın. Əslində biraz deyindik ki ,səhv getmisiniz nədir? Amma,bilməzdik ki,bəlkə də bu səhv bizim həyatımızı xilas edəcək səhv idi.Komandir “Uşaqlar,haqqınızı halal edin,amma,mən də bilmədim.” dedi. Düşünün,bayaq taborun önündə biz idik,tabor istiqaməti dəyişdi deyə indi taborun sonunda bizik.Və qarşıda bizi ən ağır döyüş gözləyirdi.Öndə gedən uşaqlar ağır döyüşə düşdülər.Həm artilleriya,həm silahlı dəstək gəlmişdi ermənilərə.Anilik idarəetmə əldən çıxmışdı sanki,güclü atışmalar gedirdi.Ön tərəfə kömək üçün valların arasından qaçanda belə uşaqlara kor güllə dəyir,yaralanırdı.Hər iki tərəf ciddi itki verirdi.Yaralıları arxaya göndərmək lazım idi.İlk Tərlanı gördüm,ayağından yaralanmışdı.Çox ağır idi,sözün əsl mənasında gücüm çatmırdı.Cavidanla Səbuhiyə ötürüb,təzədən qabağa yaralı üçün getdik.Bu dəfə Ayazın ağır yaralarını gördüm.Dəhşət idi qarın nahiyəsi qan dolu idi .Bir neçə nəfərlə Ayazı götürməyə çalışdıq.Şükür ki,həm Ayaz , həm Tərlan sağdır. Qarşı mövqedən çox pis xəbərlər gəlirdi. Nəcəfov Əli ,Zülfüqarov Məlik və Mayor Azayev döyüşərək  şəhid olmuşdur. Digər taborun komandiri əlaqə yaratmağa çalışırdı ki,yaralı varsa dərhal götürək.İki nəfər gedib-gəldi “orada ermənilərdi,pusqu qurublar,birini öldürdük.Amma,çoxdular.” dedi.Özü də boş ərazidən qaçanda snayper gülləsi ilə barmağından yaralandı. Bir neçə nəfərlə burada çooox gözlədik.Hava qaralmağa yaxın başqa tabor gəldi,dedi ki siz geriyə çəkilin.Biz girək o əraziyə.Siz artıq azsınız,bizə maneə olacaqsınız. Maxelərdən biri ağlamağa başladı ,mən mayor Azayevi qoyub gedə bilmərəm.Bizi təkidlə geriyə çəkdilər.Uzun bir ərazini ermənilərin rahat müşahidə etdiyi ərazini geriyə çəkildik.Yol atəş altında idi.Ziq-zaq qaçaraq uşaqların yanına çatdıq. İlk dəfə idi Cavidanla bu qədər müddət aralı düşürdük.Sözün əsl mənasında ağlayaraq bir-birimizi qucaqladıq.Üzü gecəyə doğru cəmləşməyə başladıq,yaralı və şəhidlərdən xəbərləri dəqiqləşdirirdik.Tabor komandiri şəhid olan tabor necə olar ? Gecənin bir aləmində bir neçə nəfərlik qruppa gəldi. Dmitri,Kazımov Kənan,Baş leytenant Həmidov,Nicat və başqa bölüyün uşaqları mühasirədən sağ-salamat gəlib çıxmışdılar.Bu dəhşət idi.Komandirin ağlı,hərbi bilikləri sayəsində bu uşaqlar sağ-salamat mühasirədən çıxmışdılar.Daha bir ağır gecəni keçirirdik. Yaralı və şəhidlərin xəbərləri adamı çox sarsıdırdı...

Fotoğraf açıklaması yok.

Diğer yazılar

30 Sentyabr ( İlk döyüş günü)

30 Sentyabr ( İlk döyüş günü)

  • 449 Görüntüleme
  • 30.10.2025
  • 5 dk. okuma
Səhər açılan zaman,hər şey çox sürətli gedirdi...Hər kəs nəyəsə tələsirdi...Bu gün döyüşə girəcəkdik.Silah-sursatları sonuncu dəfə kontroldan keçirdir ...
Herkes
Daha fazla bilgi
21 oktyabr (Dmitri vә Elsәvәrin şәhid olması)

21 oktyabr (Dmitri vә Elsәvәri

  • 58 Görüntüleme
  • 21.10.2025
  • 3 dk. okuma
Mayor Azayev şәhid olduğundan bizә yeni komandir göndәrmişdilәr.Şәxsi heyәti bir araya toplayıb,şәhid vә yaralıların siyahısını çıxartmaq lazım idi. Y ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.