 
                                
                            Səhər açılan zaman,hər şey çox sürətli gedirdi...Hər kəs nəyəsə tələsirdi...Bu gün döyüşə girəcəkdik.Silah-sursatları sonuncu dəfə kontroldan keçirdirdik...Saat 11 olardı Döyüş maşınlarına mindik.Proses çox sürətli gedirdi.Maşınlar müəyyən ərazilərdən çox sürətlə keçir və bəzən kalon çox asta gedirdi.Nəhayət döyüş bölgəsinə çatdıq.Saat artıq 1 olardı.Sürətlə hər kəs irəliləməyə başladı.Hərbi hissə komandirini gördüm bir əli ilə düşmənə tərəf durmadan atəş açır,bir әli ilә dә bizi irәliyә sәslәyirdi.O qədər sürətlә irəliləyirdim ki,heçnə ağlımda deyildi. Cavidanı itirmişdim.Aprel döyüşləri zamanı artilleriya’da xidmət etmişdim.Bilirdim ki,artilleriya önə getdikcə vura bilmir,korlaşır...Maksimum önə gedib düşməni yerində öldürmək lazım idi...İstirahətə qayıdan zaman bildim ki təqribən 10-12 km məsafəni qaçmışıq.Özü də silah sursatla və Artilleriya atəşləri altında.Kinolarda belə görmədiyimiz aura var idi. Getdiyin yerdə yanındakı tankı vururlar,partlayır...Bir saniya öncə keçdiyin yeri vururlar,kimsə şəhid olur.Cəsədi göylərdə uçur..Ön tərəfinə artilleriya mərmi atır, düşür hər yer qaralır..Yıxılırsan,durursan...Susuzluq vә aclıq adamı biraz da haldan salır...Ağzım qumla dolmuşdu.Qaçan zaman,yaralı əsgəri görürsən,əyilirsən kömək etməyə,ayağa qaldırırsan,yenə önə tərəf qaçırsan.Və Bataqlığa çatdıq.Bataqlığın göbәyә qәdәr axar suyu var idi.Hәr tәrәfi dә qamışlıq idi...Sudan üzümә çәkdim,biraz sakitlәşdim.Bizi burada şəhid Nadir qarşıladı.Xüsusi təyinatlı idi.Döyüş yoldaşlarından çoxu şəhid olmuşdu..Amma,tək bu ərazilərə nəzarət edirdi.Bir neçə dəqiqə komandirlə söhbət etdilər.O qədər uzaqlaşmışdıq ki,artıq bizimlə heç kəsin əlaqəsi yox idi,rabitə qurmaq mümkün deyildi...Tabor komandiri,önümüzdə erməni postu var,kim mənimlə gedər? Sualını verdi.Dedim,Komandir, mən sizdən başqa heçkəsi tanımıram,mən gedirəm...Bu zaman Fəqan da dedi ki, Əli,mən də səndən başqa heçkimi tanımıram.Mən də gəlirəm...4 nəfər – tabor komandiri,rabitəçi,Fəqan və mən,bataqlığın içərisi ilə irəliləyirdik...Çox dərin sükut var idi...Bu zaman arxamıza - bataqlığın içinə mərmi atıldı..Arxada səs-küy artdı.Amma,biz asta-asta irəlilədikcə səs-küy tam itdi.Bataqlığın yan sahilinə çıxıb,sakitcə uzandıq...Bir xeyli zaman biz uzanılı qaldıq,çünki həm kor güllələr,həm də kor mərmilər atılırdı başımızın üzərindən...Bu an uzanan halda namazı qılmağı düşündüm və başladım namaza.Komandir “əsgər, neynirsən?” təlaşla dedi.Fəqan “namaz qılır,komandir” dedi."Hə qıl-qıl" deyib,sanki rahatladı...Namazları bitirdim,komandir dedi qalxın.Üstə çıxıb ard-arda uzandıq solumuzda da komandir.Aramızda 1.5 metr məsafə var.Üzünü mənə tutub, “Əsgər,postu nişan al,görürsən ? “ Nişan alanda,gördüm ki, heç 15-20 metr məsafə olmayan uzaqlıqda,ermənilər postda bir-birinə daraq-güllə atır,bir-birlərini çağırır.”Əsgər,bax o postu alacayıq.” “ Komandir, 4 nəfər bu qədər erməni olan postu ? “ (biraz da gülümsədim) “Əmr belədi” deyən zaman...Düz aramıza minamyot düşdü.Sanki öldüm...Gözlərim qaraldı və qulaqlarım tutuldu..Üstümə ağır qəlpələr düşdü..Torpağa bərk-bərk sıxıldım...Ağır çingiltili səs hər tərəfi bürüdü.Sanki quyudan “Əsgər,sağsan? Əsgəəəəəəər?” deyə,çağırdı..”Bəli,komandir yaxşıyam” deyən kimi “Fəqaaaaaan” deyə qışqırdım.Dedi “mən də yaxşıyam” Fəqan özü də rabitəçini soruşdu...Dedim,komandir yaxşıyıq,dedi “mən yaxşı deyiləm”.Düşünürsünüz, aramızda 2 metr məsafə belə yoxdu və ora minamyot düşür.Qəlpələri yüksəyə qalxır,sağa-sola vurmur.İsti qəlpələr komandirin belinə girmişdi...Təcili uşaqlarla bataqlığa düşüb,komandiri sarımağa başladıq...Aranı sakitləşməsini gözlədik..Artıq,hava qaralırdı...asta-asta geriyə çəkilə zaman.Yolda şəhidlərimizi gördüm.İsayev İmran bir şəhidin başı üstündə idi,ağzını bağlama çalışırdı,mən də gilizini çalışdım axtarım tapam...Amma,tapa bilmədim...Amma,tanıdım kim idi.Çox ağır mənzərə idi...Heçnə edə bilməmək...Uşaqların yanına gəlib çatdıq,Cavidanı ilk öncə tapdım.Sonra cəmləşdik...Bu zaman Yunis yox idi...Elə bildim ki,şəhid olub...( Sən demə yol ayırıcında,şəhid Hacı Rza ilə şəhid Nadirə qoşulub döyüşə gedib) Yunis üçün çox təsirlənmişdim,heç özümə gələ bilmirdim.Bu gün çoxlu yaralı vә şәhidimiz var idi.Feyzullayev Aydın da bu gündәn etibarәn itgin qalıb.Suyun içində olan paltarlarım bu gecə əynimdə qurudu...Gecəni səhərə qədər,ağrı içində yatdım...Hadisәlәrin hәyacanından özümә gәlә bilmirdim.Mәn haradan sağ çıxdım? Xudaya,mәnә kim dua etdi?Kimin sәsini eşidib,mәni hәyatda saxladın?
 
     
             
                             
                             
                             
            
 
                                            