Bu gün durğundur hava
Bütün əsən yellər dayanıb,
Günəşin ətrafında dönən yer də sükutda,
Bu gün qəhərlənən səma pərdə saldı
İnsanlarla arasına
Bu pərdə ilə o göz yaşlarını siləcək, sonra qatlayıb cibinə qoyacaq.
İnsan əsib-coşan səmanı görüb, insan qəzəblənən torpağı görüb,
Amma insan ağlayan mələyi görməyib, görməyəcəkdə,
Çünkü mələklər hər ağladığında, səma pərdəsiylə onların örtür eybini.
Bu şəhərdə əsən küləklər ya kiminsə ciyərin qanadır, ya alıb ağuşuna
kimisə aparır, ya da bütün xalqın qanını halının rənginə - qaraya boyadır.
Bu gün hava tutqundur, küləklər şəhəri Bakıda bircə meh əsdi.
Tarix 2 mart səhər radələri,
Bütün xalqı matəmə bürüməyə bircə külək də bəsdi.