Sürətli yaşayıb, zamanla yarışmaq,
Siçan olub siçovul içinə qarışmaq,
Od olub, köz olub dünyaya alışmaq,
Bu həyat məni tez yordu ilahi.
Əlli il, altmış il, bəlkə də yetmiş,
Göz açdım ki ömrün yarısı getmiş,
Dostlar vəfasız, sevgilər itmiş
Bəxtimin harda başı batmış ilahi.
Canım cavandır, yoxdu taqətim,
Nədir çarəsi bu halətimin?
Kimsə pozmuşdur ətalətini
Dünyanın neçə min ildir ilahi.
Bir işıq göydədi, parlar səmada,
Aləmə bəzəkdi, həm uzaq dünyadan,
Axan göz yaşlarını qılıncla qurudan,
O vəd edilən xilaskar hardadır İlahi?