Düzgün heşteq necə yazılır?

Heşteqlər sizin “keşfet”ə düşmənizdə rol oynayan əsas amillərdən biridir.  Bu səbəbdən heşteqlərin düzgün ardıcıllıqla yazılması əsas şərtdir.


614 baxış
10.09.2023
1 dəq oxuma

Heşteqlər sizin “keşfet”ə düşmənizdə rol oynayan əsas amillərdən biridir. 
Bu səbəbdən heşteqlərin düzgün ardıcıllıqla yazılması əsas şərtdir.

Əsas şərtlər:

1. Məzmuna uyğun heşteq seçin. Mövzudan kənar və birbirinə yaxın uzunmənalı heşteqlər alqoritm tərəfindən dəstəklənmir.
2. Heşteqləri baxış sayının ardıcıllığı ilə (çoxdan - aza) və mövzu ardıcıllığı ilə yazılmalıdır. Yəni hər yazılan heşteq, özündən öncəki heşteqin alt mövzusu olmalıdır. 

Bunu bir növ ünvan mətnləri kimi düşünün: “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”

Heşteqləri analiz edə bilməniz üçün aşağıdakı saytlardan istifadə edə bilərsiniz:

  1. brandmentions.com
  2. iconosquare.com
  3. inflact.com

Həmçinin, instagramın “search” bölməsindən istifadə edərək, heşteqləri analiz edə bilərsiniz..