Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Səidə Nuriyeva
  • Xoşbəxtlik nədir?
    Səidə Nuriyeva
  • 15 Baxış
  • 01.10.2025
  • 2 dəq oxuma

Xoşbəxtlik nədir?

Xoşbəxtlik əldə oluna bilən birşeydir? Yoxsa sadəcə illuziyadır?

Xoşbəxtlik nədir?

Xoşbəxtlik, elə bir sirrdir ki, hər kəs onu fərqli şəkildə görür. Bəziləri həyatın ən sadə anlarında, bir neçə sətirdən ibarət bir kitabın səhifələrində və ya bir dostla edilən bir isti çay ətrafındaki söhbətdə tapır. Xoşbəxtlik, hər zaman uzaqlarda deyil, yaxınlarda da gizlənmiş ola bilir. 

O, içimizdədir bəlkə də, xoşbəxtlik, uğurlar, başarılara görə yuxarıya doğru yüksələn bir səyahət deyil də əksinə, içimizdəki sükunəti, ruhumuzun incə çalarlı melodiyasını duymaqdır.

Əslində, "Xoşbəxtliyi tapmaq" hiss etmək, sevmək və anlamaqdır. Nə qədər ki, həyatın kiçik gözəlliklərini qiymətləndiririk, xoşbəxtlik bizə heç bir zaman ayrılmayacaq. Bunu başa düşən hər kəs, gerçək xoşbəxtliyə çatmış olur. Bəli, xoşbəxtlik təkcə bir məqsəd deyil, o, həyatın özüdür. 

Bu mövzuda Stoik fəlsəfəsini vurğulamasam biraz haqsızlıq olar. Mən həyatdaki yerimi, ümumiyyətlə xoşbəxtliyin var olmadığını düşünəndə öyrəndiyim bir fəlsəfə idi və məncə xoşbəxtlik həmin fəlsəfənin təbliğatına uyğun gəlir.

Stoik fəlsəfəsi, xoşbəxtliyin daha çox daxili bir hal olduğunu və onun əldə edilməsinin xaricdən asılı olmadığını vurğulayır. (Xoşbəxtliyi sadəlikdə və özünə hörmətdə axtarın. Fəzilətlə pislik arasında qalan insanlardan uzaq olun. İnsanlığı sev və ilahi qüdrət yolu ilə get.. Marcus Aurelius)  Bu fəlsəfəyə görə, xoşbəxtlik, insanların öz düşüncələrini, hisslərini və münasibətlərini idarə etməsindən asılı olur. Və bura kimi gəlmişkən öz düşüncəmdə "xoşbəxt illuziyadır" fikrinə də münasibət bildirmək istərəm. Xoşbəxtliyi sadəcə illuziya olaraq görən insanlar belə başa düşürəm ki daimi bir xoşbəxtlik axtarışındadırlar. Halbuki həyatda ağladığımız, məyus olduğumuz anlarda var. Çünki insan təbiətinə görə biz bir çox hisslər keçiririk stabil olaraq hər zaman xoşbəxt olmaq məncə çox çətindi yada mümkün deyil. Qısaca həmin insanlar daimi olaraq dəyişən və keçici olan bu hissin nə qədər uzunmüddətli və davamlı ola biləcəyini şübhə altına alırlar. Ona görə İlluziya hesab edirlər

Nəticədə, xoşbəxtlik həm əldə edilə bilən bir şey, həm də illuziya kimi qiymətləndirilə bilər və bu, insanın xoşbəxtlik barədəki fərdi yanaşmasından və həyat fəlsəfəsindən asılıdır.

Digər məqalələr

Ölüm bir sonmu, yoxsa yeni bir başlanğıcın qapısıdır?

Ölüm bir sonmu, yoxsa yeni bir

  • 13 Baxış
  • 01.10.2025
  • 2 dəq oxuma
Ölüm bir sonmu, yoxsa yeni bir başlanğıcın qapısıdır? ...
Hər kəs
Daha çox
Azadlıq nədir?

Azadlıq nədir?

  • 16 Baxış
  • 01.10.2025
  • 2 dəq oxuma
Azadlıq nədir? ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.