Səhifələr bitdi,hisslər isə əsla.

Yaxşı bitən kitab insanı niyə kədərləndirər? “Ötanazi Okulu”nu bitirərkən yaşadığım o dərin durğunluq və hər kitabda axtardığım xüsusi hisslər...


12 baxış
17.08.2026
1 dəq oxuma

📍📍📍
Mən ilk dəfə bir kitabın yaxşı son ilə bitməsinə baxmayaraq kitab bitdikdə kitaba kədərlə baxırdım... Bəli, bəli kədərlə. Sanki çox sevdiyi bir doğmasını itirmiş bir insan kimi. Kitab 4 cilddən ibarət idi lakin mən ilk və sonuncu cildini almışdım. Kitabı oxumurdum, yaşayırdım. Bəli, ilk kitabda sonuncu kitabın yaxşı olacağına əmin idim, elə də oldu. Əslində, bir həftə gözləyib, almadığım cildləri alacaqdım, lakin maraq mənə güc gəldi və sonuncu cildini oxudum. Sonu çox yaxşı idi. Hər şey düzəlmiş, xəstə qızın qəlbi artıq ona ağrı vermirdi. Lakin, durğunluq. Durğun idim sonda. Kitabı oxuduğum vaxt ərzində bir çox hisslər yaşadım. Sevinc, kədər, qəzəb hamısı. Lakin kitab artıq bitmişdi. Nə qədər cəhd etsəm də digər iki cildini tapa bilməmişdim. O kitabdan sonra oxuduğum bütün kitablarda, o hissi axtardım. Bəli var idi, sevindim, qəzəbləndim, lakin bir şey əskik idi. O kitabdakı obrazlar... Mən o kitabdan sonra oxuduğum ilk 3 kitabda hələ də o kitabın içindən çıxa bilmirdim. İş o həddə çatdı ki, mən onları digər kitablardakı baş qəhrəmanların yerinə qoydum. Amma heç biri onları geri qaytarmadı. Bəli, mənim ən sevdiyim kitab “Ötanazi Okulu” oldu... Bəlkə illər sonra kitabın mövzusunu unudaram, amma mənə yaşatdığı hissləri əsla. Bəli, sonunda həmişə o kitabın mənə yaşatdığı hissləri hər bir kitabda axtarıram, amma artıq mənası yox idi.