Делай то, что любишь, получай донаты от своей аудитории!
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır. Proqram şəhid Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişafı, təhsil və parlaq gələcəyə sahib olması kimi ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə töhfə verməyi hədəfləyir.
Təqaüd proqramı dünyanın istənilən bölgəsində məskunlaşan və magistr təhsil pilləsi üçün Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrin birində yerləşən universitetlərdən qəbul təklifi almış və yaxud həmin səviyyə üzrə təhsilini davam etdirən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuşdur.
Təqaüd proqramının əsas məqsədi yuxarıda adı çəkilən ölkələrdə magistr təhsili alacaq tələbələrin yaşayış xərclərinin qarşılanmasına qismən yardım etməkdir.
Təqaüd Proqramının büdcəsi ianələr hesabına formalaşır.
Uğurlar❤️
Uğurlar olsun
Uğurlar🤍
Copyright © 2025 Məhəmmədəli İbrahimli Təqaüd Proqramı. Все права защищены.
uğurlar❤️