Do what you love, gain support from your audience!
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır. Proqram şəhid Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişafı, təhsil və parlaq gələcəyə sahib olması kimi ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə töhfə verməyi hədəfləyir.
Təqaüd proqramı dünyanın istənilən bölgəsində məskunlaşan və magistr təhsil pilləsi üçün Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrin birində yerləşən universitetlərdən qəbul təklifi almış və yaxud həmin səviyyə üzrə təhsilini davam etdirən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuşdur.
Təqaüd proqramının əsas məqsədi yuxarıda adı çəkilən ölkələrdə magistr təhsili alacaq tələbələrin yaşayış xərclərinin qarşılanmasına qismən yardım etməkdir.
Təqaüd Proqramının büdcəsi ianələr hesabına formalaşır.
uğurlar❤️
Uğurlar❤️
Uğurlar olsun
Uğurlar🤍
Copyright © 2025 Məhəmmədəli İbrahimli Təqaüd Proqramı. All rights reserved.
Məhəmmədəli İbrahimli İnkişaf Proqramı mənim həyatımın dönüş nöqtələrindən biri olub. Burada qazandığım bilik və dəyərlər bu gün atdığım hər addımda mənə yol göstərir. İndi isə başqalarının həyatına bir az da işıq salmaq üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramına ianə edirəm. Hər zaman bu kimi təşəbbüslərin davamlı olması üçün çalışacağam. Minnətdaram hər kəsə, bu dəyəri yaşadan hər bir insana. Qələbə Sadəcə İnamdır!