Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Royal Aliyev
  • Səyahət xatirələrimdən...
    Royal Aliyev
  • 380 Baxış
  • 25.07.2023
  • 2 dəq oxuma

Səyahət xatirələrimdən...

Zövqlərin arxasınca ehtirasla getmək üçün heçnə əngəl deyildir!

Səyahət xatirələrimdən...

🇸🇮 Sloveniya 🇸🇮

Yadda qalan anlarınızın olması çox vacibdir. Bu sizə hər zaman yaşam enerjisi verəcək, ən pis halda olduğunuzda belə, dibə belə düşsəniz, hər zaman içinizdə yaşanmış olan müsbət yönümlü memorial hadisələri və onlarla əlaqədar insanları sizə xatırladır və siz başlayırsız platonik bir enerji almağa, hər nə olur olsun.

Bu səyahətimdə bir çox insan və həyatlar tanıdım. Onlardan birini sizlərlə bölüşəcəm.

Fotodakı xanım əslən avstraliyalıdır, adı Ağiyanadır. Görmə qabiliyyəti yoxdur təəssüf ki, illər əvvəl itirib. Mən Bled şəhərindəki hostelimə daxil olanda belə bir not gördüm. Qadının görmə məhdudiyyətli olduğu üçün xatırlatma etmişdi mənə hostel əməkdaşı.

Məndə normal qarşıladım. Lakin Ağiyana səhər check out etməli idi, lakin köynəyini tapa bilmədiyi üçün hostelin sahibinə getməyəcəyini bildirdi. Hostelin sahibi Boris çox mədəni, səmimi və kübar adamdır. Yenisini alacağını söylədi, lakin qadın qəbul etmədi. Sən demə o köynək Ağiyana üçün çox önəmli imiş, ailə üzvü tərəfindən ona xüsusi hazırlanmış bir köynək imiş. Boris dedi yaxşı 1 gün daha qala bilərsiz tapana kimi. Özümdə axtardım amma tapa bilmədim, hosteldə də cəmi 3 nəfərik. Mən düzü bundan narahat oldum və Borisdən otağımı dəyişmək istədiyimi dedim, o da qəbul etdi. Səhər Ağiyana gəldi və mənə "otağımdakı oğlanın harada olduğunu" soruşdu, yəni mənim. Mən də özünə bildirdim. Məndən dəfələrlə üzr istədi və sizi bu hadisə ilə bağlı narahat etmək məni çox sarsdı ki, siz yerinizi dəyişdiniz. Yəni o bunu özünə qəbahət bildi. O anladı ki, onun narahatçılığı mənim rahatçılığıma mane oldu. Əslində özüm də pis oldum ki, gərək otağı tərk etməzdim. Mənə şokolad hədiyyə etdi ki, barışaq. Qəbul etdim və bir xeyli söhbətləşdik. Deməli, görmə qabiliyyəti olmayan Ağiyana dünya səyahətinə çıxıbmış. Sloveniaydan sonra 4 Avropa ölkəsi və ABŞ-a gedəcək. Deməli, xanım Ağiyana bir şeyi sadəcə eşidərək, onu hiss edərək beynində şəkilləndirir. Olduğu yeri ona izah edən bir aləti var idi. Adı tam yadımda deyil. Yəni adam bu vəziyyətdə belə səyahətə üz tutur, kəşf edir, yeni duyğuların ardınca gedir. Belə insanları görübdə, həyata qarşı daha da atılqan olmaq, istəklərindən vazgeçməmək mümkün deyil.

Gallery Images

Digər məqalələr

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 431 Baxış
  • 07.08.2024
  • 2 dəq oxuma
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Hər kəs
Daha çox
Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 682 Baxış
  • 29.07.2023
  • 4 dəq oxuma
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.