Linux Master – Azərbaycan dilində linux kitabı (PDF )

Nəhayət, uzun müddətdir üzərində çalışdığım “Linux Master” kitabını tamamladım və böyük məmnuniyyətlə sizinlə bölüşürəm. Bu kitabı yazmaqda əsas məqsə


20 baxış
31.07.2026
1 dəq oxuma

Salam, hörmətli RootLab.az oxucuları!

Nəhayət, uzun müddətdir üzərində çalışdığım “Linux Master” kitabını tamamladım və böyük məmnuniyyətlə sizinlə bölüşürəm. Bu kitabı yazmaqda əsas məqsədim Linux-u Azərbaycan dilində daha əlçatan etmək, onu yeni başlayanlara sevdirmək və insanların bu sahəyə inamla ilk addımlarını atmasına kömək etmək idi. İllər ərzində topladığım bilik və təcrübəni sadə, anlaşıqlı və praktik şəkildə bir kitabda cəmləşdirməyə çalışmışam. Kitab sıfırdan başlayanlar, HelpDesk mütəxəssisləri, Sistem Administratorları, DevOps və Kibertəhlükəsizlik sahəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulub. Mövzular dost söhbəti üslubunda izah edilib və mümkün qədər real nümunələrlə zənginləşdirilib ki, oxuyarkən həm öyrənəsiniz, həm də öyrəndiklərinizi praktikada tətbiq edə biləsiniz.İnanıram ki, bu kitab Azərbaycan dilində Linux üzrə faydalı mənbələrdən birinə çevriləcək və yüzlərlə, bəlkə də minlərlə insanın karyerasına kiçik də olsa töhfə verəcək.Əgər kitab sizə faydalı olarsa, onu dostlarınız və həmkarlarınızla paylaşmağınızı xahiş edirəm. Sizin dəstəyiniz Azərbaycan dilində daha çox keyfiyyətli texniki məzmun hazırlamağım üçün mənə əlavə motivasiya verəcək.

 

 

Oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm.

Hörmətlə,
Orxan Calalov