CompTIA Security+ SY0-701 2500 terminlik pulsuz lüğət

CompTIA Security+ SY0-701 2500 terminlik pulsuz lüğət


11 baxış
31.10.2026
1 dəq oxuma

Salam, hörmətli RootLab.AZ oxucuları!

Kibertəhlükəsizlik sahəsini öyrənirsiniz, lakin ingilis dilindəki texniki terminləri başa düşməkdə çətinlik çəkirsiniz? Yaxud CompTIA Security+ (SY0-701) imtahanına hazırlaşırsınız?O zaman bu paylaşım sizin üçündür!

Bildiyiniz kimi, kibertəhlükəsizlik sahəsində ingilis dili mühüm rol oynayır. Texniki terminləri düzgün anlamaq həm beynəlxalq sertifikat imtahanlarında, həm də gündəlik iş mühitində olduqca vacibdir.Bu məqsədlə RootLab.AZ oxucuları üçün 2500 termin və ifadədən ibarət İngilis–Azərbaycan Kibertəhlükəsizlik Lüğəti hazırlamışıq. Lüğətdə nələr var?

  • 2500 təkrarsız termin və ifadə
  • İngilis–Azərbaycan tərcümələri və sadə izahlar
  • CompTIA Security+ SY0-701 mövzuları
  • SOC Analyst və kibertəhlükəsizlik terminləri
  • İmtahan suallarında istifadə olunan ingilis ifadələri
  • PDF formatında pulsuz vəsait

Məqsədimiz ingilis dili biliyi zəif olan, lakin kibertəhlükəsizlik sahəsində inkişaf etmək istəyən insanlara dəstək olmaq və Azərbaycan dilində texniki resursların sayını artırmaqdır.Ümid edirik ki, bu lüğət öyrənmə prosesinizdə faydalı köməkçiniz olacaq.

 

Müəllif: Orxan Calalov Qürbət oğlu
RootLab.AZ — Bilik paylaşdıqca artır! 

 

Lüğəti məqalənin sonunda tamamilə pulsuz yükləyə bilərsiniz!

💙