Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Oruclus
  • "Baxmaq" və "görmək"
    Oruclus
  • 441 Baxış
  • 31.07.2023
  • 3 dəq oxuma

"Baxmaq" və "görmək"

Görmədiklərinizi görürəm, çünki, bir şeyə baxanda, təkcə o şeyə baxmıram. Zehnimdə qaldırıb onun altına baxıram. Açıb içərisinə, bölüb parçalarına baxıram. Girib içərisində o oluram… Onu görmək istəyirəm.

"Baxmaq" və "görmək"

Eyni yerə baxırıq, amma, görmədiklərinizi görürəm.

Baxmaq təkcə gözün yerinə yetirdiyi funksiyadır, görmək isə gözün bacarıqlarının xeyli üstündədir. Görmək ağılın işidir – sən bir yerə baxıb orada nə görürsənsə ağlın da o qədərdir.

Ağılın ölçüsü onun çox ya da az olmağı ilə bağlı deyil, mücərrəd mənada, onun nə qədər şaxəli (ağacın budaqları kimi) və girintili-çıxıntılı (labirint kimi) olmağı ilə bağlıdır. Yəni, bir şeyə baxıb, onu nə qədər geniş bucaqda və dərininə görə biliriksə, bir o qədər ağıllıyıq.

Baxmaq müşahidə etməkdir. Daha aydın desək, sadəcə oraya yönəlməkdir. Bunun üçün etməli olduğumuz xüsusi səy yoxdur. Gözlərimiz bizim qəbuledici qurğularımızdır. Sadəcə biz onları bir şeyə yönəldirik və gözlər öz işini görərək, baxdığı şeyin məlumatlarını beynimizə köçürdür (oxşar qaydada digər hissiyyat üzvlərimiz də bu işi görür).

Görmə prosesi ondan sonra başlayır. Görmək, məlumatları alıb, beyində bilik emal etməkdir. Beynimizdə gedən proseslər və nəticədə nə görə bildiyimiz bizim şəxsiyyətimizi təyin edir. Biz qəbul etdiyimiz məlumatları nə qədər geniş analiz ediriksə, bir o qədər bizik. Qəbul etdiyimiz məlumatları analiz etmədən, bilik kimi təstiqləyib, öz həqiqətimizə çeviririksə, o halda hamıyıq, özgəsiyik.

Baxdığın və eşitdiyin şeyi birbaşa bilik olaraq qəbul etmək öz varlığını təhqir etməkdir. Bilik insandan törəyən bir şeydirsə, mən də bir insanam. Başqasının biliyini mənim zehnim analiz etməlidir. Doğru-yalnışlara ayırmalıdır və yeni bilik emal etməlidir. Müşahidə etməli, baxmalı və görməliyəm. İnsan ancaq o halda başqalarının görmədiklərini görər, öz yolunu özü cızar və yeni şeylər kəşf edər.

Bu bir şəxsi istedad deyil, qazanıla bilən bacarıqdır, aydınlanma istəyidir. Daha çox həqiqətə çatmaq istəyən insan əvvəlcə özünü kəşfə çıxır, əvvəl özünü görür, özünü anlayır. İnsan yalnız özünü görə bildiyi zaman başqalarını da görə bilər. Çünki, o empatiya qura bilir, özünü başqasının yerinə qoyub onun kimi hiss edə bilir.

Hər insan başqalarından fərqli görür, əgər görmək istəyirsə. Öz zehnini təyinatı üzrə işlədirsə, müşahidə və analizlər edirsə əgər, baxdığı yerdə nəsə görür.

Görmədiklərinizi görürəm, çünki, bir şeyə baxanda, təkcə o şeyə baxmıram. Zehnimdə qaldırıb onun altına baxıram. Açıb içərisinə, bölüb parçalarına baxıram. Girib içərisində o oluram… Onu görmək istəyirəm.

Görmək həm də hiss etməkdir və “görmə” qüsurlu adam həm də hissiyyatsız adamdır. Görmək üçün cəhd etmirsinizsə, misalçün, uzun zamandır dostunuz olan insanın ruhundakı tənhalığı görmürsünüz. Övladınıza qarşı qayğıkeş olduğunuzu düşünürsünüz, amma onun nə xəyal etdiyini görmürsünüz. Sevdiyiniz insana qarşı diqqətcilsiniz, amma onun incikliyini hiss etmirsiniz. Səhər tələsdiyiniz işinizdə bütün gün nə ilə məşğul olduğunuzu da görmürsünüz. Səhər oyandıqdan, gecə yatanadək etdiyiniz hərəkətləri, qarşılaşdığınız rəftarları qaynaqlandıran şeyləri görmürsünüz.

Hər insan digərlərindən fərqlidir, amma özünüzün fərqinizi görmürsünüz.

 

Digər məqalələr

Ruh

Ruh

  • 255 Baxış
  • 21.08.2024
  • 4 dəq oxuma
Burada hər şey mənimdir. Mən buradakı hər şeyinəm. Mən buralaram. Mənim yerim buralardır. Burada hər şeylə birəm, birgəyəm mən. Burada tamam. Tamamlan ...
Hər kəs
Daha çox
Həyatın və insanın dəyəri

Həyatın və insanın dəyəri

  • 318 Baxış
  • 09.07.2024
  • 5 dəq oxuma
Niyə doğuluruq, niyə yol gedib, niyə ölürük? Niyə əzab çəkirik, qaçırıq-qovuruq? ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.