Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Novruz xurşud
  • Zamanın təkzibi
    Novruz xurşud
  • 8 Baxış
  • 31.05.2025
  • 2 dəq oxuma

Zamanın təkzibi

Zaman cəfəngiyyatını təkzib etdiyim fəlsəfi məqalə

Zamanın təkzibi

Zaman Cəfəngiyyatdır

Fizika zamanın sürətdən törədiyini deyir — hərəkətin tempinə bağlı bir ölçüdür, dəyişmənin arxa fonu. Zamanın özü yoxdur; o, sadəcə fərq olunan dəyişmələrin ritmidir. Biologiya isə deyir: insanı zaman deyil, bakteriyalar öldürür. Deməli, zaman ölümün səbəbi yox, sadəcə səhnəsidir. Psixologiya göstərir ki, zamanın axını deyil dəyişən, insanın daxili vəziyyətidir. Əgər sən hərəkətsizsənsə, sanki zaman dayanır. Əgər sən əzab içindəsənsə, zaman bir əzabın adıdır.

Onda belə çıxır ki, zaman deyil əslində bizi yeyən — bizim hərəkətsizliyimizdir, susqunluğumuzdur. Zaman deyə bildiyimiz şey, bəlkə də sadəcə öz varlığımıza qoya bilmədiyimiz imzadır. Bizi əritməyə çalışan zaman deyil — bizə zamanla barışmağı öyrədən yalandır.

“Zamanla keçər” deyirlər. Xeyr. Əzab keçməz. Əzab sənin içində yuva qurar, səni içindən yeyər, səssizcə. Zaman onu götürməz, sadəcə örtər — səni daha dərin bir boşluğa sürükləyərək. O halda, “zamanla keçər” sözünü bir təsəlli deyil, bir zəhər kimi görmək lazımdır. O, insanın müqavimət ruhunu əzmək üçün uydurulmuş ideoloji bir alətdir. Səni dözümə yox, tabe olmağa çağırır.

Zaman deyə adlandırılan bu cəfəngiyyat, insanı passivləşdirmək üçün hazırlanmış metafizik bir təslimiyyət proqramıdır. Sən isə tabe olma. Müqavimət göstər. Əzab keçməyəcək, amma sən onun içində bir varlıq, bir istək, bir imza buraxa bilərsən. Zamanı məğlub etmək mümkün deyil — çünki o yoxdur. Amma zaman adlanan bu boşluğa mənalı hərəkət əlavə etmək mümkündür.

Unutma:

Zaman bir ölçüdür, düşmən deyil. Amma zamanla barışmaq – əsl cəfəngiyyat budur.

Əgər var olmaq istəyirsənsə, axının qarşısında dayan. Əgər sevmək istəyirsənsə, keçiciliyə inadla sarıl. Əgər yaşamaq istəyirsənsə, zamanın sakitliyini qışqırığınla yırt.

 

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.