Your Front-end journey. Day 8.

Front-end təcrübələrimi paylaşaraq, bu yolda irəliləmək istəyənlərə addım-addım nə etməli olduqlarını izah edəcəm.


661 baxış
08.08.2023
1 dəq oxuma

Salamlar, davam edirik...

Bu gündən başlayırıq css öyrənməyə. Html-i  1 həftəyə bitirməyimiz elə fikir yarada bilərki css-də rahat 10 günə bitəcək. Amma elə deyil. Css dərsləri çoxdur,ona görə də dərsləri 8 hissəyə bölmək lazımdır. Nə üçün 8? 
Həftədə 2 dəfə yeni dərsləri mənimsədiyimiz üçün 8 dərs 1 ay edəcək və dərsləri mənimsəmək üçün 1 ay idealdır. Tasklar üçün isə ayrıca vaxt ayıracağıq. 
Bu arada dizaynı bizə dizayner verəcək,rəngləri, ölçüləri,hər şeyi.Bunun üçün də figma ilə işləməyi bilmək lazımdır. 
Bəs css-i hansı kanallardan öyrənmək olar? 
1. Enes Bayram 
2. Sadık Turan 
3.ProtoTürk 
4.Zamansız Eğitimler ve s.

Veb saytlar
1.w3school.com
2.freeCodeCamp.org 

Roadmapımız belə olacaq 
1. Seçdiyimiz kanalın dərslərini 8 hissəyə bölürük. 
2.Bu hissələri  həftədə 2 dəfə olmaqla 1 aya bitiririk.
3.Not tutmaqla birlikdə kodları praktika etməyi unutmuruq.
4.Kod yoldaşlarınızla bir-birinizə tapşırıqlar verə,daha sonra kodlarını yoxlaya bilərsiz. 

Davamı olacaq...