Əhməd Həpo haqqında kürdcə məqalə ethnoglobus.az saytında yayımlanıb.

Temur Xəlilin Azərbaycanın məşhur kürd yazıçısı Əhməd Həpo haqqında kürd dilində məqaləsi ethnoglobus.az saytında dərc edilib.


5 baxış
25.07.2026
1 dəq oxuma

İsveçdə yaşayan kürd yazıçı, tərcüməçi və jurnalist Temur Xəlilin Azərbaycanın məşhur kürd yazıçısı Əhməd Həpo haqqında kürd dilində məqaləsi ethnoglobus.az saytında dərc edilib.

Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərən "Etnoqlobus" Beynəlxalq Analitik İnformasiya Mərkəzinin təsisçisi və direktoru Gülnarə İnanc (Mehdiyeva) saytda Azərbaycan kürdləri və dünya kürdləri haqqında məqalələrin yayımlanmasına xüsusi diqqət göstərir. Gülnarə xanım Azərbaycanda Kürd İcmasının tədbir və konsertlərinin də fəal iştirakçısıdır.

ethnoglobus.az saytı məqaləsində barbang.info saytına istinad verib. "Barbang" onlayn qəzetinin baş redaktoru da əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan Həsən Cəlilovdur. Onun babaları 1937-ci ildə Mərkəzi Asiyaya repressiya edilib.

Məqaləni buradan oxuyun.