Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Kamal Mahmudov
  • A-dan Z-ə LinkedIn Profili (1-ci hissə)
    Kamal Mahmudov
  • 379 Baxış
  • 18.01.2024
  • 5 dəq oxuma

A-dan Z-ə LinkedIn Profili (1-ci hissə)

A-dan Z-ə LinkedIn Profili (1-ci hissə)

A-dan Z-ə LinkedIn Profili (1-ci hissə)

LinkedIn platforması mənim həyatımı dəyişib. Bu platformaya görə işimi itirmişəm, bu platformaya görə minlər qazanmışam. Hələ də sanki buranın haqqını verə bilmirəm deyə arada düşünürəm. Çünki LinkedIn sözün həqiqi mənasında qızıl mədənidir.

Bir qızıl mədəni ki, düzgün qiymətləndirildiyi və starteji istifadə olunduğu zaman bir müddət sonra qızılı axtarmağa ehtiyac olmur, özü səni tapır.

Bu məqalədə həmin o qızıl mədənini yaratmaq üçün lazım olan bəzi alətləri sizilə paylaşacam.

LinkedIn nədir?

Bu məqaləni oxuduğuna görə LinkedIn-lə az-çox tanış olduğunu güman edirəm. LinkedIn sosial media platformasıdır (bunu bilirsən artıq), həm də Landing page. Landing page, yəni öz bacarığınızı və ya məhsulunuzu rahatlıqla insanlara təqdim edib, satış edə biləcəyiniz bir sayt. Eyni zamanda keyfiyyətli əlaqələr qura biləcəyiniz "networking saytı".

 

LinkedIn Profili

Arxa Fon Şəkli

Qeyd etdiyimiz kimi LinkedIn profilimiz bizim landing page-mizdir. Profilimizi elə qurmalıyıq ki, insanlar ora daxil olduqda həm bizimlə tanış olsunlar, həm də daha çoxunu öyrənmək əlaqəyə keçsinlər. Profil hissəsi ilk öncəArxa Fon şəklindən başlayır. Sırf bu hissə sizin nə ilə məşğul olduğunuzu və insanlara necə yardımçı ola biləcəyinizi çatdırmalıdır. Məsələn, bu mənim Arxa Fon şəklimdir:

LinkedIn Arxa Fon Şəkli

Bu şəkildə insanlara satışlarını artırmaqda yardım edə biləcəyimi çatdırıram, eyni zaman sol yuxarı küncdə kouçinq xidməti göstərdiyimi də qeyd etmişəm. Sizlər də sahənizlə bağlı əsas açar nüansları diqqət cəlb edəcək şəkildə qeyd edə və elə ilk başda alıcı "tuta" bilərsiniz. Burada alıcı qismində real müştəri, işçi axtaran əməkdaş və s. ola bilər. Yadıma gəlir iş axtaran bir yoldaş arxa fon şəklində sırf "Problemli müştəri potesial alıcıdır" yazısına görə müsahibəyə dəvət alıb, işə götürülmüşdü. Şəkli canvada hazırlaya bilərsiniz. Canvaya daxil olub, create design hissəsinə basıb şəkildə göstərilən hissəyə keçid edə bilərsiniz.

 

Arxa Fon şəkli ilə bağlı daha bir neçə nümunə:

Qeyd - şəkillər real istifadəçilərin hesabından götürülüb

Profil Şəkli

Profil şəkli ilə bağlı qısa olaraq bir sual verəcəm sizə. İnsanlar sizin profilinizə daxil olarkən onların sizi necə biri kimi tanımağını istəyirsiniz? Rəsmi, qeyri-rəsmi, rahat və ya yaradıcı biri kimi? Verdiyiniz cavaba uyğun da profil şəkli təyin etməlisiniz. Çox insan elə düşünür ki, LinkedIn-də rəsmi platfomardı və profil şəkli də kostyum və qalstuklu olmalıdır. Xeyr, belə bir düşüncə yanlışdır. Bununla bağlı hər hansı bir qadağa və ya limit yoxdur. Bu tamamilə sizin özünüzdən aslıdır. Mən məsələn, rəhbər və təlimçiyəm, amma insanların məni rahat biri kimi tanımağını istəyirəm, ki rahatlıq müraciət edə bilsinlər. Ona görə də profil şəklimi də ona uyğun təyin etdim. Sadəcə diqqət edin ki, şəklinizin arxasında insanların diqqətini yayındıracaq başqa bir şəxs və ya əşya olmasın. Son olaraq, çalışın ki, yaxından çəkilmiş bir şəkil yerləşdirin, ən azı sinə və başı əhatə edəcək bir şəkil olsun, bütün bədənə ehtiyac yoxdur.

 

Headline (Status Hissəsi)

Bu hissə çox önəmlidir. Headline bilirsiniz nəyə bənzəyir? Balıqtutanın qarmağına. Headline elə yazılmalıdır ki, insanları sizin profilinizə cəlb etsin. Bu hissə yalnız insanlar sizin profilinizə daxil olduğu zaman yox, eyni zamanda şərh yazdığınızda da başqaları tərəfindən görünür. Məsələn aşağıdakı şəklə diqqət edin:

Bu, başqa bir istifadəçinin postuna yazdığım şərhdir. Bu şərhimi görən digər istifadəçilər şərhimdən başqa nələri görürlər? Profil şəklim | Adım | Headline-ım. Gördüyünüz headline hissəsi mənim nə işlə məşğul olduğumu və insanlara necə yardım edə biləcəyimi qısa olaraq çatdırır. Şərh də maraqlı olarsa BİNGO. İnsanların diqqətini 2 qat cəlb etmiş olacaqsınız. Posta daxil olan istənilən satış mütəxəssisi mənim əməkdaşlıq edə biləcəyim potensial tərəfdaş olur.

Headline-ı yazmaq üçün aşağıdakı düsturu istifadə edə bilərsiniz:

Həll etdiyim problemlər → Kimin problemini həll edirəm → Mən kiməm

Məsələn:

"Satışlarını bağlamaq, gəlirini 5X artırmaq istəyən və satışda yeni olanlara dəstək oluram | Təlimçi - 9 il Beynəlxalq və yerli satış təcrübəsi"

Satan və diqqət cəlb edən dizaynları 24 saatdan az bir müddətə hazırlayıram | 5 il təcrübə → portfoliomla tanış ol.

Headline hissəsinə hər hansı bir emoji də əlavə etmək olar. Sadəcə diqqət edin ki, çox da əlaqəsiz emoji olmasın.

External Link

Profilimizin bu hissəsində izləyicini yönləndirmək istədiyimiz istəniləm bir saytın və ya sosial media hesabımızın linkini paylaşa bilərik. Bunu necə edə biləcəyinizi video şəklində sizinlə paylaşıram:

LinkedIn External Link

 

Linki yerləşdirdiyiniz zaman profilinizdə onun hansı mətn şəklində görünəcəyinə siz qərar verəcəksiniz. Çalışın cümlə maksimum dərəcədə diqqət cəlb edən olsun. Məsəslən, mən insanları onlayn görüşə çağırmaq istəyirəm ona görə də bu cür qeyd etmişəm - "1:1 Zoom -> Sualına Cavab Tap"

Digər məqalələr

Müştəri etirazları nə üçün yaranır?

Müştəri etirazları nə üçün yar

  • 268 Baxış
  • 23.10.2024
  • 1 dəq oxuma
Bu məqalədə müştəri etirazlarının yaranma səbəbinə qısa olaraq baxacağıq ...
Hər kəs
Daha çox
Müştərilər nə üçün almırlar?

Müştərilər nə üçün almırlar?

  • 418 Baxış
  • 27.07.2023
  • 2 dəq oxuma
Məqalə - Müştərilər nə üçün almırlar? - mövzusundadır. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.