Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Yaxşı adamın sonu - niyə 456?
    Coşqun Kərimov
  • 34 Baxış
  • 09.07.2025
  • 4 dəq oxuma

Yaxşı adamın sonu - niyə 456?

Məni siz deyil məhz özüm məhv edəcəyəm. Həyatımın son qərarı özümə aiddir. Mən insanam. 456 unudur ki, pəncərədən baxanlar da insandır. 456 isə axmaq insandır. (Üzr istəyirəm, yaxşı insandır.)

Yaxşı adamın sonu - niyə 456?

Bir dəfə axşam qızımla sakitcə oturanda məndən sual soruşdu. Ata, sən hansı bir insan kimi yaşamağı seçərdin? Axmaq yoxsa pis? Axmaq deyəndə Steynbeck əsərlərinin ağıldan kəmi nəzərdə tutulur. Düşünün ki, düşünmə qabiliyyətiniz məhduddur və sizin həyatınız digərlərinin ixtiyarında qalır. Bu sual məni yaman yerlərə apardı. Gəldim 456-ya çatdım.

456 kimdir?

Özünü axmaq vəziyyətə qoymuş yaxşı insandır.

456 rəqəmləri boşuna seçilməyib. Oyunda elita var və dibdə olanlar var. Ən dibdə və ən sonda 456 dır. Yaxşı insanın vəziyyəti ağıldan kəm olanın vəziyyətindən daha çıxılmazdır. Düşünün ki, ağlınız hər şeyi sezir. Əqliniz yerindədir amma yenə də ixtiyar başqalarının əlindədir.

Deyirsən ki, hekayədir də. Baxıb keçəcəklər. Halbuki xeyirlə şər arasında balansın pozulması barəsindədir. Artıq şər o qədər güclüdür ki, yaxşı insanı antikvara çevirmək istəyir. Yaxşılıq və yaxşı insanlar keçmişdə qalmalıdır. Gözəl bir xatirə kimi. 456 sonuncu nümayəndədir və onun sonu yaxındır. O, bizim hamımızı təmsil edir. (Az-maz ürəyi qalanları.) Onun ətrafında hər növ çaqqal var. Hətta ruhunu pula satan biri onun ən yaxınına gəlməyə çalışır. İstəyir ki, 456 da ruhunu pula satsın. Ezoterik qaynaqlarda 4 dünyanı 5 insanı 6 isə istəyi təmsil edir. Yəni bu 456 Adəmdir. Bir almanın ucbatından cənnətdən yerə düşmüş Adəm.

Elitada olanlar üçün həyat o qədər mənasızlaşıb ki, növbəti qrandioz həzzi axtarırlar. Tamahları ruhlarında olan boşluq qədər dərindir. Oyun meydançası onların düşdüyü vəziyyət kimi qaranlıq və sonsuzdur. Oyun meydançası bugünün şəhərlərini xatırladır. Hər gün insanlar bir-biri ilə boğuşur və yarışır. Bir-birinə ölümcül rəqib kimi baxır. Onlara ixtiyar verilsə bir-birini məhv edərlər. Səbəb? Səbəb tavanda olan və başqalarına aid olan pullardır. Hamı qoparmağa çalışır. Hamı yiyənlərin sayını azaltmağa çalışır. Şəhərim yadıma düşür. 10 nəfərin yaşamalı olduğu yerdə 1000 nəfər yaşayır. 1000 nəfərin yeməli olduğu haqqı 10 nəfər yeyir. Bu oyunda belədir. 456 nəfərin haqqını 1 nəfər yeyəcək. O bir nəfər isə axmaqdır. O, kiminsə haqqına qalmayıb. Onun öz dəyərləri var. Dəyərlər isə artıq o qədər gülüncləşib ki, digər iştirakçılar belə onu anlamaqda çətinlik çəkir.

Bir də mənim ən sevdiyim personaj var. Gəmini idarə edən kapitan. Adam bugün cəmiyyətdə populist danışan bütün spikerləri və ruhaniləri təmsil edir. Yəni bizi hər yerə aparır. (Bircə aparmalı olduğu yerdən başqa.) Bacardıqca uzadır. O da elita üçün işləyir.

456 bütün yazıçı və rəssamları təmsil edir.

Sonda düşmədən əvvəl nə deyir?

Məni siz deyil məhz özüm məhv edəcəyəm. Həyatımın son qərarı özümə aiddir. Mən insanam. 456 unudur ki, pəncərədən baxanlar da insandır. 456 isə axmaq insandır. (Üzr istəyirəm, yaxşı insandır.)

Yaradıcı tərəfim də hal-hazırda mənə şüşədən baxanlara baxır. Hər biri gözləyir ki, mən uduzum və ya onlara çevrilim. 9 ildə gördüyüm mənzərələr məni dəli etməyib böyük şeydir. Neçə yazıçı həmkarım, şair həmkarım dünyanı öz seçimi ilə tərk edib. Onlar təslim olub oyunu dayandırıblar. Mən isə oynamaq üçün bir xeyli dəyişmişəm. Gönüm qəlinləşib. İmmunitetim artıb. Bəlkə də bir qədər vəhşiləşmişəm. Pəncərədən baxanların mənə verdiyi çətinliklərlə Buvaysar kimi güləşirəm. Yəqin ki, bu qədər dayana bilməyimin bir səbəbi var. 

Həmin səbəbi və qızıma verəcəyim cavabı axtarmalıyam.

Digər məqalələr

40 yaş-40 məsləhət (2-ci hissə)

40 yaş-40 məsləhət (2-ci hissə

  • 140 Baxış
  • 07.07.2025
  • 7 dəq oxuma
Birinci hissəni oxuyanları intizarda saxlamaq düzgün olmaz. Davam edək və görək ki, növbəti məsləhət və həyat dərsləri hansıdır: Uğur hekayələrini ya ...
Hər kəs
Daha çox
40 yaş - 40 məsləhət (1-ci hissə)

40 yaş - 40 məsləhət (1-ci his

  • 394 Baxış
  • 01.07.2025
  • 5 dəq oxuma
Bir fikri 3 nəfər deyə bilər. İki nəfəri heç kim eşitməz. Üçüncü adam eyni şeyi deyər və pulu, statusu və ya hansısa bir üstünlüyü olduğu üçün ona qul ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.