Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Aygül Tağıyeva
  • Universitetə qəbul oldum, bəs niyə özümü hələ də itirmiş hiss edirəm?
    Aygül Tağıyeva
  • 6 Baxış
  • 26.06.2026
  • 2 dəq oxuma

Universitetə qəbul oldum, bəs niyə özümü hələ də itirmiş hiss edirəm?

Tənqid yoxsa özünəinam?

Universitetə qəbul oldum, bəs niyə özümü hələ də itirmiş hiss edirəm?

Bəzən insanın ən sərt tənqidçisi elə özüdür. Tənqidi düşüncə gözəl xüsusiyyətdir, amma hər şey kimi onun da həddi var. Həddini aşanda özünəinamı tapdalayıb keçir.

Özümüzə tez-tez belə deyirik: "Mən bunun daha yaxşısını edə bilərdim. Sadəcə kifayət qədər çalışmadım." Bəlkə də bu, insanın öz potensialının fərqinə varmasıdır. Ancaq bir tərəfdən də bacardıqlarını unutmaq, qazandığı uğurları görməzdən gəlməkdir. Bu isə özünə qarşı edilən haqsızlıqdır.

Axı kim bilir ki, biz gələcəkdə nələr bacaracağıq?

Universitetə qəbul olmaq uğurdur. Heç olmasa ümumi mənada belədir. Mən də qəbul olanda sevindim, qürur duydum. Amma o sevinc cəmi bir gün çəkdi. Sonra hər şey adi görünməyə başladı. Bu gün də oxuduğum ixtisasla fəxr edirəm, amma içimdə başqa bir qorxu yaşayır: ya dörd ilin sonunda dönüb baxanda bir şey bilmədiyimi hiss etsəm?

Bəlkə də bu qorxu təkcə mənə aid deyil. Çünki bizə illərlə universitetin gələcəyimizi müəyyən edəcəyi deyilib. Sonra isə eyni insanlar universitetlərin heç nə öyrətmədiyini danışırlar. Maraqlıdır ki, valideynlər və cəmiyyət universitet təhsilinin yetərsizliyindən şikayət etsələr də, övladları universitetə qəbul olmayanda bunu bir növ məğlubiyyət, hətta biabırçılıq kimi qəbul edirlər.

Bu ziddiyyət məni həmişə düşündürüb.

Əslində nə universitet, nə də məktəb bir cəmiyyəti təkbaşına dəyişə bilməz. Diplomlar divarlardan asıla bilər, amma sağlam düşüncə kağız üzərində yazılmır. İnkişaf insanın özünə verdiyi suallarla başlayır. Öyrənmək istəyilə, düşünmək cəsarətilə və səhv etdiyini qəbul edə bilməklə davam edir.

Bəlkə də mənim qorxduğum şey dörd ilin sonunda heç nə bilməmək deyil. Bəlkə qorxduğum şey özümə qarşı ədalətsiz olmaqdır. Çünki bəzən insan hələ yolun əvvəlində qazandığı uğurları o qədər kiçildir ki, sanki heç nə əldə etməyib.

Halbuki bəzən dayanıb geriyə baxmaq lazımdır. Çünki insan yalnız çatmadığı yerlərlə deyil, gəlib çatdığı yerlərlə də ölçülür.

"Bəlkə də böyümək dediyimiz şey, özümüzdən daha çox şey tələb etməklə yanaşı, bacardıqlarımızı da görməyi öyrənməkdir." ✨

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.