Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Yadelli
  • Adsız
    Yadelli
  • 444 Views
  • 22.02.2024
  • 3 min read

Adsız

Adi bir gün, adi bir söhbət

Adsız

- Bu gün nədən danışaq? 

- Bilmirəm, sən başla danış, nədən istəsən danışa bilərik.

- Bəlkə susaq, gözlərimiz danışsın? 

- Bəsdir görək, özün bilirsən ki, iki saniyədən artıq gözlərinə ciddi baxa bilmirəm, gülmək tutur hər dəfə.

- Heç demə.. Bilirsən, bir dəfə oturub düşünmüşdüm ki, görən mən şer yaza bilərəm.

- Aha? De gəlsin, şair.

- Zarafata salma. Bir də, mən demədim axı yazmışam. Sadəcə düşünmüşdüm bu haqda. Sonra qərara gəlmişdim ki, yaza bilmərəm.

- İnanmıram, mütləq ki, nəsə cızma-qara etmisən. Xahiş edirəm, utanma. Söylə.

- Yaxşı. Amma gülsən yarımçıq saxlayacam, indidən deyirəm.

- Gülməyəcəm, danış!

 

Rəqs edərkən dalğalarla dənizlərin sinəsində

Mən xırda bir qayıq idim, sənsə uzaq sahillərdə

Sevgimiz bir dəli külək, əsib coşan hər tərəfdən

Gah apardı sahilinə, gah azdırdı qayığımı sənin uzaq gözlərində…

 

- Demişdin gülməyəcəksən.

- Bağışla sevgilim, sevincimdən gülürəm. Sən nə gözəl yazmısan belə.

- Gözəl olsaydı dişlərinlə yox, qulaqlarınla dinləyərdin.

- Mən indi bu sözdən sonra necə gülməyim?! 

- Nəysə, gəl başqa şeylərdən danışaq.

- Qətiyyən olmaz. O şeri axıracan deməlisən. Küsərəm ha. Özü də kimə həsr etmisən onu, hə? Uzaq sahillərdə filan.. Mən ki lap yaxın sahillərdəyəm.

- Heç kimə həsr etməmişəm, əzizim. Sadəcə bir neçə sətir yazıdır. 

- Yaxşı, bu barədə sonra söhbət edərik. Əvvəlcə şeri axıra çatdır. Həqiqətən xoşuma gəlirdi.

- Elə isə dinlə.

Rəqs edərkən dalğalarla dənizlərin sinəsində...

 

- Axı burasını danışdın.

- Başdan başlamaq istərdim, icazə verərsiz, şahzadə xanım?

- Yaxşı, yaxşı, bir də sözünü kəsməyəcəm, söz verirəm. Buyur.

 

Rəqs edərkən dalğalarla dənizlərin sinəsində

Mən xırda bir qayıq idim, sənsə uzaq sahillərdə

Sevgimiz bir dəli külək, əsib coşan hər tərəfdən

Gah apardı sahilinə, gah azdırdı qayığımı sənin uzaq gözlərində

 

Sevgi nədir, üç il, beş il ömrümü var?

Alovlanıb şaxə qalxıb, yavaş-yavaş sönən ocaq

Ya günləri inci təki düzdüyümüz görünməz bir sap kimidir

Qırılarsa durar zaman, kəsər külək, yaşar insan, gülməz ancaq

 

Gəl danışaq, gülək ancaq, qoy aparsın külək bizi

Qal yanımda dalğalara təslim olaq, qoy batırsın sirrimizi

Düşünmədən günlər haqda, illər haqda, gəl rəqs edək biz bu anda

Mən açılan bir səhərəm sənin günəş gözlərində, gəl unudaq sevgimizdə özümüzü

 

Other posts

Castor

Castor

  • 448 Views
  • 08.06.2024
  • 1 min read
Moving on with life ...
Public
More
Müəmmalar toplusu: Müsahibə

Müəmmalar toplusu: Müsahibə

  • 491 Views
  • 01.03.2024
  • 18 min read
Müəmmalar toplusundan ikinci qısa hekayə ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.