
Hər kəs həyatı boyunca ölüm haqqında düşünüb yəni ən azından mən çox düşünürəm çünki insan varlığının ən sirli və düşündürücü mövzularındandır. Ölümün son yada başlanğıc olduğunu tam dəqiq deyə bilməyəcəm həmişə ki kimi detalları analiz edərək fikrimi ifadə edə bilərəm. Materialist baxışla baxsaq, bəli ölüm sondur. Maddi dünyada hər şeyin başa çatdığı, insan bədəninin fəaliyyətini dayandırdığı məqamdır. Əgər insan yalnız biolojik varlıqdısa, o zaman ölüm həyatın tam və qəti sonudur. Dini cəhətdən baxdıqda isə bir çox mədəniyyət və dinlər ölümün yeni bir başlanğıc olduğunu qəbul edir. Məsələn, İslama görə ölümdən sonra əbədi yaşam var, dünyaysa sadəcə keçici bir imtahan meydanıdır. Xristianlıqda və Buddizmdə də oxşar anlayışlara rast gəlinir: ruhun ölümsüzlüyü, yeni bir formaya keçid və ya yenidən doğuluş... Reinkarnasiya. Elmi cəhətdən baxsaq bəli ölüm bioloji prosesin sona çatmasıdır. Amma fizika fənninə əlaqələndirsək, kvant fizikasında mülahizələr göstərir ki, enerji yox olmur, yalnız bir formadan digərinə keçir. Bu da elmə görə ölümdən sonra həyatın olduğuna bir işarə kimi qəbul etmək olar. Bu analizlərimdən sonra nəticə olaraq belə fikir söyləyə bilərəm ki: ölüm nə tam bir son, nə də sadəcə bir başlanğıcdır. Ölümün mahiyyəti onu necə gördüyümüzdən asılıdır. Əgər biz onu bir son kimi qəbul etsək, həyat daha mənalı və dəyərli olar, çünki artıq itirilən zamanın geri dönüşü olmayacağından hər anın dəyəri artacaq. Amma ölümü yeni bir başlanğıc kimi görsək, həyatı daha şüurlu yaşamağa, gələcək üçün ümidli, və onsuzda olacağa çarə yoxdur deyib sakit qalmağa təşviq edər. Hər iki halda da ölümün sirri açılmır o bir bağlı sandıq kimi açılmasını gözləyir. Amma insanların baxış prizmalarına, inanclarına görə hər kəs o sandığı fərqli vaxtda açır və görmək istədiyini görür. Mən öz düşüncələrimə görə ölümü belə yorumladım.