Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Səidə Nuriyeva
  • Həqiqət nədir?
    Səidə Nuriyeva
  • 12 Views
  • 01.10.2025
  • 3 min read

Həqiqət nədir?

Həqiqət nədir və ona çatmaq mümkündürmü?

Həqiqət nədir?

Mən belə başa düşürəm ki, həqiqət sadəcə bir söz və ya anlayış deyil. O, hər bir insanın yaşadığı dünyanın, gördüyü hər şeyin dərinliyinə enmək istəyidir. Bəzən həqiqət bir işıq şüası kimi gözlərimizi açır və biz onun doğru olduğuna inanırıq. Ancaq bəzi anlarda, qarışıqlıq içində gizlənir. Həqiqət, reallığın və dünyanı olduğu kimi qəbul etməyin ən saf formasıdır, amma biz bu reallığı hər zaman qəbul etmirik. Ya həmin gerçəkliyə çata bilmirik, ya da nəticələrindən qorxub gerçəklikdən qaçırıq. Həqiqət geniş qavramdır ona görə ona bir baxış bucağından baxmaqla həqiqəti tam ifadə etmək çətindir. Mən öz gördüyüm baxış bucaqlarından fikrimi ifadə edib əsaslandırmağa çalışacam. 

İlk öncə fəlsəfi həqiqətdən başlamaq istəyirəm: Həqiqət fəlsəfə sahəsində obyektiv və subyektiv olaraq şaxələndirmək olar. Obyektiv həqiqət, hər kəs üçün eyni olan və bir şey öz gerçək vəziyyətində nədirsə, o olan. Məsələn, günəşin doğması, dünyanın fırlanması kimi hadisələr obyektiv həqiqətə nümunə ola bilər, çünki bu hadisələr hər kəs üçün eynidir. Subyektiv həqiqət isə şəxsidir və biz onu  fərdi təcrübələrə əsaslandırırıq. Bu, insanların gördükləri və yaşadıqları dünyanı necə anlamaları ilə əlaqədardır. Məsələn, bir insanın xoşbəxtlik anlayışı başqasından fərqli ola bilər. Beləliklə, subyektiv həqiqət hər kəsin öz şəxsiyyətinə, inanclarına və təcrübələrinə bağlı olaraq dəyişir.

İkinci baxış bucağı olan Elmdə həqiqət: Elmi yanaşmada həqiqəti sübutlarla ifadə etmək mümkündür. Mən l qrup fizikayla məşğul oluram və fizikada baxdığımız zaman Nyutonun cazibə qanunu və ya Albert Eynşteynin nisbilik nəzəriyyəsi elmi həqiqətlərin bir nümunəsidir. Amma belə bir gerçəklikdə var ki, elmin özü də daim yenilənən bir sahədir, ona görə hər yeni kəşf əvvəlki anlayışları təsdiqləyə və ya inkar edə bilər. Beləliklə, elm həqiqətə yalnız yaxınlaşmağa çalışır, amma ona tam çatmaq çox vaxt mümkün olmur. 

Üçüncü baxış bucağı Dində həqiqət: Dinlərdə həqiqət, çox vaxt ilahi bir anlayış olaraq qəbul edilir. Xristianlıq, islam, yəhudilik və digər təkallahlı dinlərdə həqiqət, Tanrının iradəsi və ya müqəddəs kitabların verdiyi əmrlərə əsasən müəyyənləşdirilir. Şərq tərəfdə məsələn, buddizm, hinduizm kimi dinlərdə isə həqiqət daha çox insanın ruhi və daxili ilə əlaqəli olub. 

Həqiqətə çatmaq mümkündürmü? 

Bu sual məni çox düşündürdü, çox get-gəl içərisində oldum. Brainstorm nəticəsində belə qərara gəldim ki, bu suala birmənalı cavab vermək çətindir. Çünki insanların dünyanı və özlərini anlamağa çalışması, davamlı suallar verməsi və müxtəlif yanaşmaları qəbul etməsi onları həqiqətə yaxınlaşdırır amma tam çatdırmır. Yəni, həqiqətə çatmaq bir məqsəd, hədəf deyil də, daha çox həyatın və düşüncənin bir hissəsi olaraq nəzərə alınmalıdır.

Other posts

Ölüm bir sonmu, yoxsa yeni bir başlanğıcın qapısıdır?

Ölüm bir sonmu, yoxsa yeni bir

  • 11 Views
  • 01.10.2025
  • 2 min read
Ölüm bir sonmu, yoxsa yeni bir başlanğıcın qapısıdır? ...
Public
More
Azadlıq nədir?

Azadlıq nədir?

  • 13 Views
  • 01.10.2025
  • 2 min read
Azadlıq nədir? ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.