Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Yaxşı insan olmaq kifayət edirmi?
    Münasib Niftalıyev
  • 4 Views
  • 18.03.2026
  • 5 min read

Yaxşı insan olmaq kifayət edirmi?

Dünya üçün yaxşı olmağa çalışarkən, özümüz üçün yaxşı olmağı unutduq.

Yaxşı insan olmaq kifayət edirmi?

Varlıq, bəzən öz sonsuzluğu və əlçatanlığı içində yoxluğa məhkumdur. İnsan münasibətlərinin amansız bir qanunu var: Həyati dərəcədə vacib olan hər şey, təmin olunduğu müddətcə görünməzdir. Biz nəfəs aldığımız havanı hiss etmirik. Onun dəyərini yalnız kəsildiyi anda başa düşə bilərik. Eyni şey yaxşı insanlar üçün də keçərlidir. Yaxşı insanların varlığı problem yaratmadığı üçün diqqət də yaratmır. Hər zaman yaxşı olan, hər çağırışa qaçan, hər yaraya məlhəm olan insan, qarşı tərəf üçün bir fərd olmaqdan çıxıb bir resursa çevrilir və çoxları istifadə etdiyi resursun duyğuları ilə maraqlanmaz.

Sərhədlər şəxsiyyətin görünməz skeletidir. Skelet olmasa, bədən dağılır. Sərhəd olmasa, şəxsiyyət dağılır. Sərhəd, əslində dəyərin ilkin şərtidir. Bir insanın "hə"si yalnız onun "yox" demək gücü olduqda mənalıdır. Əks halda o “hə”, seçim olmaqdan çıxır. Fridrix Nitsşenin dediyi kimi: "Özünə əmr edə bilməyənlər, başqasına tabe olmağa məhkumdur." Hər zaman yaxşı olmaq, əslində öz "yox"larını qurban verməkdir. Münasibətlərdə sərhədlər şəxsiyyətin sahil xəttidir. Sahili olmayan dənizdə hər kəs üzə bilər, amma heç kim o dənizə aid olduğunu hiss etməz. Siz sərhədlərinizi sildikcə, qarşı tərəf sizin ərazinizdə deyil, öz xəyallarındakı boşluqda gəzişir. Sizin mütləq əlçatanlığınız qarşı tərəfdə "fəth etmə" və "qazanma" instinktini öldürür. Mübarizənin olmadığı yerdə məna da yoxdur. Sizin tərəfinizdən hər şeyin hazır şəkildə təqdim olunması, qarşı tərəfi emosional tənbəlliyə və nəticədə laqeydliyə sürükləyir.

Sizin sonsuz dözümünüz və hər şeyin boğazınızdan keçməsi qarşı tərəfi emosional olaraq çürüdür. Onlar artıq sizin hisslərinizi nəzərə almağa ehtiyac duymurlar, çünki sizin "həmişə orada olacağınız" düşüncəsi onlarda bir arxayınlıq xəstəliyi yaradır. Bu arxayınlıq isə hörmətin qatili olan laqeydliyi doğurur. Anlamaq lazımdır ki, dəyəri verməklə bərabər, həm də almalıyıq. Siz dəyəri özünüzdən qoparıb payladıqca, daxili xəzinəniz boşalır.

İnsan psixologiyasında bir qəribə məqam da var. Bizə yaxşılıq edənləri deyil, bizə özümüzü yaxşı hiss etdirənləri sevirik. Hər zaman mükəmməl, hər zaman anlayışlı və hər zaman bağışlayan birinin varlığı, qarşı tərəf üçün ağır bir güzgüdür. O güzgüyə baxanda onlar öz kiçikliklərini, eqolarını və qüsurlarını görürlər. İnsan öz kiçikliyini xatırladan hər kəsdən uzaqlaşmaq istəyər. Çünki yaxşı insanın yanında qalmaq, insanın öz qüsurları ilə üzləşməsini tələb edir. Bu isə ağırdır. İnsan özünü günahkar hiss etdiyi yerdə qalmaq istəmir. Beləliklə, çox yaxşı insan olmaq tərk edilmə səbəbinə çevrilir.

"Balaca Şahzadə" bizə bir həqiqəti öyrətmişdi: "Gülünü sənin üçün bu qədər dəyərli edən, onun üçün sərf etdiyin vaxtdır." Əgər bir münasibətdə bütün əməyi, bütün anlayışı və bütün yükü siz çəkirsinizsə, qarşı tərəf o "gül" üçün heç nə sərf etmir. Sərf edilməyən əmək, bağlanma yaratmır. Siz hər şeyi asanlaşdırdıqca, özünüzü "asanlıqla əvəz oluna bilən" biri edirsiniz. İnsanlar zəhmət çəkərək qurduqları binaları tərk etməkdə çətinlik çəkirlər, hazır tapdıqları otel otaqlarından isə heç bir kədər hissi keçirmədən çıxıb gedirlər. Siz onlar üçün isti bir ev deyil, hər ehtiyac duyulanda açıq olan bir otel otağına çevrilmisiniz. Əgər sən həmişə qalacaqsansa, səni itirmək riski yoxdur. Əgər səni itirmək riski yoxdursa, demək, səni qorumağa da ehtiyac yoxdur. Sevginin də, qayğının da - hər şeyin ən yaxşısını edirik, amma görün özümüzü nə qədər ucuzlaşdırırıq. Sözümü səhv anlamayın. Mən demirəm ki, yaxşı insan olmaq pisdir. Yaxşı insan olmaq, əlbəttə ki, yaxşıdır. İzah etmək istəyirəm ki, sərhədsiz yaxşılıq təhlükəlidir. Əlindən gəldikcə, bacardıqca yaxşı olmaq insanı məhv edir: Əvvəlcə başqalarının gözündə, sonra isə öz gözündə. Nəticədə, çox yaxşı olmaq bizim üçün, pis olmaqdan daha pis olur.

İnsanlar günəşə baxanda onun istiliyindən həzz alırlar, amma heç kim günəşə təşəkkür etmir, çünki günəşin başqa seçimi olmadığını bilirlər. Seçimi olmayan yaxşılıq, fəzilət deyil. Bir gün sizi tərk edib getdiklərində dərk edirsiniz ki, siz onlar üçün bir insan deyil, sadəcə keçilməsi lazım olan bir mərhələ, yaxud nəfəs alınması lazım olan bir hava idiniz. Hava isə hər yerdə var... ta ki boğulana qədər. Onlar boğulmadıqca, sizin dəyərinizi heç vaxt bilməyəcəklər.

Other posts

Aşiq olmanın çarəsizliyi

Aşiq olmanın çarəsizliyi

  • 4 Views
  • 18.03.2026
  • 5 min read
İnsan nəyə əsasən aşiq olur? Bu sualın cavabını axtarmaqda məqsəd sevgini başa düşmək istəyidir. Amma görünən odur ki, sevgini başa düşmək bir kənara, ...
Public
More
Alter eqo

Alter eqo

  • 9 Views
  • 16.03.2026
  • 2 min read
Şəxsiyyət bir fraktala bənzəyir. Ona hansı tərəfdən baxsan, içində yenə özünün başqa bir versiyasını görürsən. Hər qatın altında yeni bir qat gizlənir ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.