Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Xəritə ərazi deyil
    Münasib Niftalıyev
  • 89 Views
  • 12.04.2026
  • 3 min read

Xəritə ərazi deyil

Yaşadığımız müddətcə biz hər səhər oyanır və bu dünyadakı həyatımıza davam edirik. İş yerinə gedir, oxuyur, danışır və bu hərəkətlərin tamamilə həqiqi olduğuna şübhə etmirik. Lakin gəlin bir anlıq düşünək: Toxunduqlarımız, eşitdiklərimiz, gördüklərimiz, hiss etdiklərimiz - bunlar doğrudanmı gerçəkdir?

Xəritə ərazi deyil

Mütəfəkkir və dilçi Alfred Korjibski "Ümumi Semantika" (General Semantics) nəzəriyyəsində əsas prinsipi belə ifadə etmişdi: "Xəritə ərazi deyil (The map is not the territory)". Təsəvvür et ki, bir dağ haqqında kitab oxuyursan. Kitabda "dağ" sözü var, onun yüksəkliyini, daşlarını, qarlarını təsvir edir. Amma kitab o dağ deyil. Sən kitabı oxumaqla o dağın soyuğunu, küləyini, daşların sərtliyini ayağının altında hiss edə bilməzsən.

Yəni ki, bizim istifadə etdiyimiz sözlər, cümlələr və anlayışlar gerçəkliyin özü deyil, onun yalnız simvolik təsvirləridir. İnsan beyni dünyanı qəbul edərkən bəzi detalları silir, bəzilərini isə ön plana çıxarır. Yəni biz "ərazi"ni (dünyanın gerçək, fiziki və mürəkkəb halını) tam olduğu kimi deyil, öz "xəritə"miz (beynimizdəki anlayışlar, inanclar və təcrübələr) vasitəsilə qavrayırıq. İnsanlar çox vaxt özlərinin yaratdıqları "xəritə"ləri (fikirlərini, ön mühakimələrini) gerçək "ərazi" ilə qarışdırırlar. Korjibski buna görə də simvollarla gerçəkliyi qarışdırmamağı təklif edirdi. Çünki xəritə nə qədər mükəmməl olsa da, o, heç vaxt ərazinin bütün incəliklərini və canlılığını əks etdirə bilməz.

Elmi prizmadan baxdıqda, gerçəklik - beyində baş verən elektrik impulslarının simfoniyasıdır. Ətrafımızda mövcud olan işıq dalğalarının çox kiçik bir hissəsini görür, səslərin çox dar bir diapazonunu eşidirik. Beynimiz xarici dünyadan gələn xaotik informasiyanı alır və onu təkamül süzgəcindən keçirib, bizə "nizamlı" bir dünya təqdim edir. Donald Hoffmanın dediyi kimi, qavrayışımız bir kompüter interfeysidir. Kompüterindəki faylın ikonuna tıklayırsan və o sənədin içində gördüyün onu təşkil edən kodlar yox, o kodların yaratdığı simvollar olur. Bizim gerçəklik dediyimiz şeylər də simvollardır. Biz kodun (həqiqi ərazinin) özünü heç vaxt görmürük.

Təsəvvür edək ki, iki fərqli insan eyni yağışlı küçədə dayanıb. Birincisi üçün yağış kədərin simvoludur. Yağışa baxanda həyatda itirdiyi şeylərin, uduzduğu mübarizələrin qoxusunu alır. İkincisi üçün isə yağış uşaqlıq xatirələrini oyadır, ya da xatirində xoş, hüzurlu anlar canlandırır. O, yağışın səsində rahatlıq tapır. Bəs yağışın özü nədir? Yağış, sadəcə olaraq atmosferdəki su damlalarının yerə düşməsidir. Amma insan ona su damlaları kimi baxmaqdan çox, məna yükləyir. Beləliklə, biz gerçəkliyi obyektlərə yüklədiyimiz mənalarla yaşayırıq. Hər kəs özünün yaratdığı bu mənanın ağırlığı ilə öz gerçəkliyini qurur.

Bir də hər kəsə ortaq olan gerçəkliklər var. Məsələn, pul. Hamımız pulun dəyərli olduğuna razılaşmışıq. Ona görə də o, gerçək gücə sahib olur. Pul üçün insanlar həyatlarını qurban verir, cinayətlər törədir, bir-birlərini qətlə yetirirlər. Əslində isə pul sadəcə bir kağız parçasıdır. Başqa bir misal, sərhədləri deyək. Yer kürəsi yarananda onun üzərində sərhəd xətti deyilən şey olmayıb. Amma biz o xətlərin varlığına razılaşdığımız üçün müharibələr meydana gəlir, pasportlar yaranır və insanlar bölünür. Bu cür çoxlu misallar çəkmək olar. Beləcə, biz bu illüziyaları bir kərpic kimi üst-üstə yığıb cəmiyyəti tikmişik.

Other posts

Xoşbəxtlik Əzabı

Xoşbəxtlik Əzabı

  • 11 Views
  • 06.05.2026
  • 1 min read
Bu gün insan psixologiyasının ən böyük paradokslarından birinə toxunmaq istəyirəm: Niyə hər şeyin qaydasında olması bəzən bizi xoşbəxt etmək əvəzinə d ...
Public
More
Mavi

Mavi

  • 37 Views
  • 30.04.2026
  • 1 min read
Əzəldən bəri başımızın üstündəki sonsuz səmanı mavi rəngdə görmüşük. Dənizə baxırsan, yenə mavi görürsən. Hara baxırsan mavi, mavi, yenə də mavi. Laki ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.