Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Sosial şizofreniya
    Münasib Niftalıyev
  • 15 Views
  • 15.03.2026
  • 5 min read

Sosial şizofreniya

Bu esse insanın öz düşüncə dünyası ilə yaşadığı mühit arasındakı gizli konflikti araşdırır. Bəzən insan cəmiyyətin içində yaşasa da, onun dili ilə düşünə bilmir. O zaman insanın daxilində iki fərqli varlıq yaranır: biri həqiqəti görən daxili mən, digəri isə mühitə uyğunlaşmaq üçün yaradılmış sosial maska. “Sosial şizofreniya” adlandırdığım bu vəziyyət, insanın öz həqiqəti ilə cəmiyyətin gözləntiləri arasında yaşadığı parçalanmanı izah etməyə çalışır.

İnsanın özünü yaşadığı mühitin dilində və dəyərlərində ifadə edə bilmədiyi, kəlmələrinə "yad" bir coğrafiyada sanki daim bir tərcümə axtardığı anlar olur. Elə anlar ki, insan öz həyatını yaşadığını yox, onu izah etməyə çalışdığını hiss edir. Sanki, bir labirintdə ilişib qalırsan: bir tərəfdə kitabların, fəlsəfənin və varoluşun dərinliyində nəfəs alırsan, digər tərəfdə isə həmin nəfəsi "qəribəlik" kimi qəbul edən bir sosiumun içində boğulursan. Bu vəziyyətin kökü bəzən yanlış anlaşılır. Problem çox vaxt mühitin cahilliyində deyil. Problemin kökü sənin o mühitə uyğunlaşmaq cəhdindədir. Yəni, özünə taxdığın o saxta maskada. İnsan özünü gizlətməyə başlayanda qəribə bir psixoloji parçalanma yaşayır. Biz başqalarının xoşuna gəlmək üçün öz intellektual zənginliyimizi "sosial filtr"dən keçirəndə əslində özümüzə xəyanət edirik. Daha dəhşətlisi isə odur ki, mühitə uyğunlaşmağa çalışarkən bizə yenə də "süni" deyilir. Çünki cahillik özünün çata bilmədiyi yüksəkliyi görəndə ona "süni" damğası vurmağı ən asan müdafiə mexanizmi seçir. Bu, onların sənin həqiqətini inkar etmək cəhdidir. Bəlkə də buna görə, qədim bir fəlsəfi metafora hələ də aktualdır. Platonun mağara alleqoriyası. Mağaradan çıxıb günəşi - yəni, həqiqəti və dərinliyi görən insan geri qayıtdıqda, artıq köhnə dünyanın kölgələri ilə eyni dili danışa bilmir. Çünki o artıq kölgələri yox, işığı görmüşdür. Mağarada qalanlar isə kölgələri gerçəklik saymağa davam edirlər. Sən də mağaradan çıxmısan. Günəşi - yəni, ədəbiyyatı, həqiqəti və dərinliyi görmüsən, amma geri qayıdanda kölgələrə baxıb onları gerçəklik sananlarla eyni dili danışmağa məcbur qalırsan. Onlar səni özlərindən biri hesab edirlər. Çünki sənin daxilindəki o işığı görəcək gözləri hələ formalaşmayıb. Bu vəziyyətin gətirdiyi sıxıntı çox spesifikdir: sən mühitə yad olduğunu hiss edirsən, amma fiziki olaraq onun içində yaşayırsan. Onlar sənin kim olduğunu bilmirlər və düşünürlər ki, sən də onlar kimisən. Sənin həqiqətini qəbul etmək iqtidarında olmadıqları üçün səni "süni" hesab edirlər. Sosial şizofreniya da burada başlayır. Bu, insanın özündə iki fərqli obraz yaratmağa çalışmasıdır. Bir tərəfdə daxili mən var: intellektual, həssas və dərin insan. Digər tərəfdə isə xarici maska: sadə, hər kəs kimi görünən, sıradan biri. Bu iki obraz arasındakı məsafə böyüdükcə insan tükənməyə başlayır. Çünki insan eyni anda iki fərqli həyat yaşaya bilməz. Birində nəfəs alır, digərində isə boğulur.

Radikal təmizlik - bu, intellektual azadlığa aparan yolda ən cəsarətli və bəlkə də ən zəruri addımdır. Bu, öz dünyanı yad cisimlərdən təmizləyib, onu öz dəyərlərinə uyğun yenidən dizayn etməkdir. Bunu bir binanın restavrasiyası kimi düşünək: köhnə, çürük divarları sökürsən ki, binanın əsas strukturu (sənin şəxsiyyətin və düşüncələrin) daha möhkəm dayansın. İnsan öz dünyasını yad cisimlərdən təmizləyib onu öz dəyərlərinə uyğun yenidən dizayn etdikdə həqiqi azadlıq hissi yaranır. Başa düşülməmək, fərqli olmağın və standartların üstündə olmağın ən bariz əlamətidir. Cahillik qarşısında geri çəkilmək, onlara "haqlısınız, mən də sizin kimiyəm" mesajını verməkdir. Bu isə öz ruhuna xəyanətdir. Əgər insan ətrafındakı insanların gözündə "ədəbi görünməyə çalışan biri" olmaqdan qorxursa, deməli hələ də "mənə nə deyərlər?" qorxusu onun eqosunu idarə edir. Radikal təmizlik isə o eqonu parçalamaq və azad olmaqdır. Çünki azadlıq başqa bir şeydir. Azad şəxs odur ki, öz həqiqətini yaşamaq üçün sərbəstdir və ona kiminsə fikri önəmli deyil. Gəlin bir şeyi unutmayaq: Qurd, qoyunların onun haqqında nə düşündüyünü izah etməyə çalışmaz.

Mühitə əsir olmaq sənin ruhunu boğur. Sən onlara uyğunlaşdıqca, daxilindəki o "ədəbi adam" qışqırır. Bu, Martin İdenin yaşadığı faciəyə bənzəyir. O, intellektual olaraq yüksəldi, özünü inkişaf etdirdi, düşüncə dünyasını genişləndirdi, amma gəldiyi mühit onu aşağı çəkməyə çalışdı. Nəticədə o, nə köhnə mühitinə aid ola bildi, nə də yeni mühitində tam xoşbəxt oldu. Hər kəs tərəfindən bəyənilmək və başa düşülmək istəyi insanın daxili azadlığını məhdudlaşdırır. Çünki insan hamıya uyğunlaşmağa çalışdıqca özünü itirməyə başlayır. Yəni, insan ikili həyat yaşaya bilməz. Seçim etməlisən: Ya öz həqiqətini yaşayacaqsan, ya da başqalarının rahatlığı üçün qurduğu səhnədə rol oynayacaqsan.

Other posts

Yaxşı insan olmaq kifayət edirmi?

Yaxşı insan olmaq kifayət edir

  • 3 Views
  • 18.03.2026
  • 5 min read
Dünya üçün yaxşı olmağa çalışarkən, özümüz üçün yaxşı olmağı unutduq. ...
Public
More
Aşiq olmanın çarəsizliyi

Aşiq olmanın çarəsizliyi

  • 4 Views
  • 18.03.2026
  • 5 min read
İnsan nəyə əsasən aşiq olur? Bu sualın cavabını axtarmaqda məqsəd sevgini başa düşmək istəyidir. Amma görünən odur ki, sevgini başa düşmək bir kənara, ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.