Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Aşiq olmanın çarəsizliyi
    Münasib Niftalıyev
  • 5 Views
  • 18.03.2026
  • 5 min read

Aşiq olmanın çarəsizliyi

İnsan nəyə əsasən aşiq olur? Bu sualın cavabını axtarmaqda məqsəd sevgini başa düşmək istəyidir. Amma görünən odur ki, sevgini başa düşmək bir kənara, aşiq olan insan özü başa düşülməz vəziyyətə gəlir. Əslində sevgini izah edə bilsəydik, o nə dərəcədə sevgi olardı ki?! O zaman sevgi hissi soyuq bir hiss olardı.

Aşiq olmanın çarəsizliyi

İnsan həyatında çox şeyi seçir. O, dostlarını seçir, peşəsini seçir, hətta kim olacağını belə müəyyən edir. Amma bir nöqtədə bütün bu seçim etmək qabiliyyəti öz gücünü itirir. Çünki insanın daxilində elə bir sahə var ki, orada qərar vermək hüququ ona məxsus deyil. Bu, sevgi sahəsidir. Ağıl burada yalnız gecikmiş bir şahiddir. O, baş verənləri izah etməyə çalışır, səbəblər tapır, uyğunluqlar axtarır. Amma sevgi artıq baş verib. Sanki insanın daxilində başqa bir iradə var - daha qədim, daha dərin və daha qaranlıq. Elə bir iradə ki, bir gün qərar verir: "Sən, məhz bu insana bağlanacaqsan." Bəs nə üçün o insan?

Sevgi sanki mistik bir hissdir. O, insanın reallığı qavrama formasını dəyişir. Aşiq olan insan dünyaya əvvəlki kimi baxmır. Eyni küçələr, eyni təbiət, eyni günəş, eyni musiqi, eyni səslər artıq fərqli görünür. Sanki dünya öz sərhədlərini genişləndirir və insanın daxilində əvvəllər mövcud olmayan bir məkan açılır. Bu məkan nə tam realdır, nə də tam xəyali. Görün necə də möcüzəvi bir duyğudur sevgi duyğusu.

Platon sevgini insanın gözəlliyə və "ideallar aləminə" yüksəlişi kimi görürdü. Ona görə sevgi, insanın içindəki sonsuzluğa doğru bir hərəkətdir. Bu fikri başqa cür desək: İnsan aşiq olanda özündən daha böyük bir şeyi hiss edir. Sevginin bu qədər möcüzəsini görən insan qəribədir ki, bu hissi yaşamaqla yanaşı, həm də onun gətirdiyi ağrıdan qaçmaq istəyir. Sevginin verdiyi yüksəlişi qəbul etməklə bərabər, onun tələb etdiyi təslimiyyətdən də qorxuruq. Bir tərəfdən düşünüb doğru qərar vermək üçün çabalayırıq, amma digər tərəfdən izah olunmayan güclü bir cazibə bizi özünə çəkir. Ağıl deyir: "Bu doğru deyil." Hiss isə cavab verir: "Amma bu gerçəkdir." İnsan bu iki səsin arasında qalır.

Arthur Schopenhauer sevgini insanın iradəsindən kənar, daha böyük bir "həyat istəyi"nin ifadəsi kimi görürdü. Onun fikrincə, insan aşiq olanda əslində özü üçün yox, həyatın davamı üçün hərəkət edir, amma bunu hiss etmir. Bu baxış sevginin romantik tərəfini sarsıdır. Amma eyni zamanda bir həqiqəti də açır: İnsan sevdiyini düşündüyü anda belə, o hissin tam sahibi deyil. Sevgi bir az da bu səbəbdən çarəsizlikdir. Çünki insan nə vaxt aşiq olacağını seçə bilmədiyi kimi, nə vaxt vaz keçəcəyini də seçə bilmir. Bəs onda bu hiss nədir? Lənətmi? Yoxsa insanın çata biləcəyi ən yüksək hal?

Sevgi insanı zəiflədir. Onu həssas edir, qorunmasız edir. İnsanın içində illərlə qurduğu müdafiə sədlərini bir anın içində dağıda bilir. İnsan bir baxışa, bir şəklə, bir xatirəyə, hətta bir sözə belə bağlı hala gəlir. Bu, zəiflikdir. Lakin eyni zamanda sevgi insanın heç vaxt təkbaşına çata bilməyəcəyi dərinlikləri açır. O, insanı özündən çıxarır və həm də özünə qaytarır. İnsan bəzən ən çox sevdiyi anlarda özünü itirdiyini düşünür. Lakin bəlkə də o, ilk dəfə özünə bu qədər yaxın olur.

Rumi deyirdi ki, "yaralandığın yer, işığın daxil olduğu yerdir." Sevgi bu yara da ola bilər. O, insanı sındırır, amma eyni zamanda içində yeni bir qapı açır. İnsan bu qapını keçmədən özünü tam anlaya bilmir. Çünki insan sakit və təhlükəsiz vəziyyətdə olanda yox, ən çox sındığı, dağıldığı hallarda kim olduğunu göstərir.

Sevginin bir maraqlı tərəfi də ondadır ki, o, insanı reallıqdan uzaqlaşdırmır, əksinə, onu daha dərin bir reallıqla qarşılaşdırır. İnsan aşiq olanda xəyallar qurur, amma o xəyallar boş deyil. Onlar insanın içində gizlənmiş arzuların, qorxuların və ehtiyacların səthə çıxmış formasıdır. Sevgi elə bir pəncərə açır ki, o pəncərədən sən təkcə kim olduğunu yox, kim ola biləcəyini də görürsən. İnsanın bu hissdən qaça bilməməsinin bir səbəbi də budur. Əgər sevgi ağlın iradəsinə tabe olsaydı, həyat daha rahat olardı. İnsan "doğru" insanı seçərdi. Daha az yanılardı, daha az əzab çəkərdi. Hər şey daha planlı və təhlükəsiz olardı. Buna baxmayaraq, o zaman həyat da daha kasıb olardı. Sevginin ən özəl xüsusiyyəti elə onun idarə olunmamasıdır. Sevgini idarə edə bilsəydik, bir mənası qalmazdı. Sevgi insanın içindəki ən yüksək arzularla ən dərin qorxuların kəsişdiyi yerdir. O yerdə nə ağıl tam qalib gəlir, nə də hiss susur. O yerdə insan sərhədləri ilə qarşılaşır. Qarşısında iki seçim görür: Ya geri çəkilib özünü qoruyacaq, ya da irəli gedib özünü itirəcək. Bu iki seçimdən birini seçirik, amma heç bu seçimi də öz hürr iradəmizlə seçə bilmirik.

Other posts

Yaxşı insan olmaq kifayət edirmi?

Yaxşı insan olmaq kifayət edir

  • 4 Views
  • 18.03.2026
  • 5 min read
Dünya üçün yaxşı olmağa çalışarkən, özümüz üçün yaxşı olmağı unutduq. ...
Public
More
Alter eqo

Alter eqo

  • 9 Views
  • 16.03.2026
  • 2 min read
Şəxsiyyət bir fraktala bənzəyir. Ona hansı tərəfdən baxsan, içində yenə özünün başqa bir versiyasını görürsən. Hər qatın altında yeni bir qat gizlənir ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.