Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Hüseyn Xəlilov
  • Evsizlik
    Hüseyn Xəlilov
  • 439 Views
  • 19.12.2023
  • 1 min read

Evsizlik

"Andromeda qalaktikasına gedib-qayıtmaq (Əgər mümkün olsaydı) Dünyada bir neçə milyon ilə bərabərdir. Təsəvvür et, gedib qayıdanda heçkimi tapmırsan, heçnəyi tapmırsan. Biraz daha qəddar olsam, gedərəm. Bilmirəm."

Evsizlik

Hərdən mahnıya qulaq asanda, xəyal edirəm ki, elə də uzağa yox, elə Lənkərana falan getsəm. 1 il. Bazarda meyvə tərəvəz satsam, ya da başqa xudmani işdə işləsəm. Axşam bir başa evə getsəm. Kiçik aynabənd, kiçik yataq otağı (Pəncərəsiz, səhər otağa dolan gün işığını sevmirəm). Ancaq tanış qalsam insanlarla, özümdən danışmayam, həyatımdan danışmayam, 1 illik yeni səhifə kimi.

Gecə 24:00, 01:00-a qədər kinoya baxam, sonra da başımı qoyub yatam. Səhər də, elə tez yox - 10:00-da falan gedəm işə. Piştaxtaya məhsulumu yığam, çürükləri təmizləyəm, istədiyim qiymətə satam. Bəzən bazardakı dəyərlərimiz uyğunlaşan satıçılarla axşam bir süfrədə oturam (alkoqol qəbul etmədən), amma  içəndilərsə səliqəli, səliqəli adamlar. Beləcə 1 ili başa vuram, qayıdıb gələm.

Sıxılarammı bilmirəm, darıxarammı bilmirəm.

Andromeda qalaktikasına gedib-qayıtmaq (Əgər mümkün olsaydı) Dünyada bir neçə milyon ilə bərabərdir. Təsəvvür et, gedib qayıdanda heçkimi tapmırsan, heçnəyi tapmırsan. Biraz daha qəddar olsam, gedərəm. Bilmirəm.

Mənim şükür ki pis ətrafım, dostum, ailəm yoxdur. Məsələ yaxşı olmaları da deyil. Bəlkə də, mənim yaxşı hiss etməməyimdədir.

 

Other posts

"Gələcək Anksiyetesi: Elmi-Fantastik və Zombi Apokalipsisi Janrına Maraq"

"Gələcək Anksiyetesi: Elmi-Fan

  • 362 Views
  • 29.08.2024
  • 2 min read
Anksiyete ilə mübarizə aparan birisi kimi, zombi apokalipsisi və elmi-fantastik janrlarında seriallara olan marağımın arxasındakı səbəbləri araşdırıra ...
Public
More
Meloman

Meloman

  • 397 Views
  • 14.03.2024
  • 4 min read
Məqalədə bir melomanın uşaqlıqdan bu günə qədər musiqi ilə olan münasibəti və musiqi zövqünün necə formalaşdığı izah olunur. Həm yerli, həm də xarici ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.