Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Diləzbər Hüseynzadə
  • Yadıma arxiv düşüb
    Diləzbər Hüseynzadə
  • 119 Views
  • 31.03.2025
  • 1 min read

Yadıma arxiv düşüb

Bir gün gələcək ki, başqasının gözündən baxmadan kim olduğunu dərk edəcəksən. O gün, həqiqətən, azad olacaqsan.

Yadıma arxiv düşüb

İllər əvvəl özümü axına buraxmışdım. Başıma nə gəlsə də, anlamadan, sorğulamadan həyatımı yaşamağa davam edirdim. Yaşayırdımmı? Bilmirəm, əmin deyiləm. Amma nəfəs alırdım. Bunu bilirdim.

Sonra bir gün həyatımda rus dilinin vacibliyi məsələsi gündəmə gəldi. Mənə elə gəldi ki, əgər rus dili bilməsəm, yaşaya bilməyəcəyəm. Ən azından dərdimi izah edəcək qədər öyrənməli idim. Bunun üçün müraciət etdiyim kursda Ebru sənəti ilə tanış oldum. Əslində, onu da niyə öyrəndiyimi bilmirdim. Amma içimdən bir səs deyirdi: “Sən rus dilini boş ver, bunu öyrən.”

18 yaşında, 100 manat maaşla gecə-gündüz işləyən, evdən pul almağı özünə ar bilən bir tələbə qız düşün. Hər dərdini o 100 manatın ətrafında fırladan bir qız... Maaşının yarısını üç ay boyunca həmin kursa vermişdi. Bir də düşün ki, bunu tək-tük insana bildirmiş, onlar da ona “Bekar adamsan da, dünyada izi-tozu olmayan bir sənəti öyrənirsən” deyib lağa qoymuşdular.

İndi o "bekar" qız bir şey daha öyrənib: Özünü tanımağı. Və əminəm ki, bir çoxunuz bu dərsi asanlıqla öyrənməmisiniz.

Bir gün gələcək ki, başqasının gözündən baxmadan kim olduğunu dərk edəcəksən. O gün, həqiqətən, azad olacaqsan.

 

Other posts

Salam, Necəsən?

Salam, Necəsən?

  • 80 Views
  • 17.05.2025
  • 1 min read
Bəzən bir quru salama qalır ümid... ...
Public
More
Suda gizlənən enerji

Suda gizlənən enerji

  • 56 Views
  • 29.04.2025
  • 1 min read
Hər bir insanın toxunuşu suya fərqli təsir edir. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.