Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Diləzbər Hüseynzadə
  • Salam, Necəsən?
    Diləzbər Hüseynzadə
  • 58 Views
  • 17.05.2025
  • 1 min read

Salam, Necəsən?

Bəzən bir quru salama qalır ümid...

Salam, Necəsən?

Sanki son salam imiş kimi əllərini uzadıb tutub saxlamaq istəyirsən. Sanki ötüb keçsə yanından, bir daha gəlməyəcəkmiş kimi.

Bəlkə də tənhalığın ən acı tərəfidir quru salamlar.O da olmasa, kim sonra hal-əhval soruşub, halından anlayar?

Kim bilir, neçə quru salamdan sonra neçə quru "necəsən?"-lər gəlir bu qoca dünyaya.

Yaxşı olmasan da, deyilən "yaxşıyam"lar yaranır ümiddən didərgin qalmış dillərdə.

Bəlkə bir dəfə yanımdan ötəndə ilk salamı mən verdim?! Tələsmə yanımdan sürətlə şütüməyə. Gözlə. Səndən fərqli olaraq sual vermərəm sənə.

Deyərəm ki, bilirəm sən necəsən. Bilirəm, qəlbin necə dağ olubdur. Küsmə sən... Bilirəm ki, uca dağlar ardında bir kədər gizlədirsən. Bilirəm ki, günəş tək buludlarda gizlisən. Arada yellər ötür, əsdirir saçlarını. Arada da buz kəsir, söz tutmayır bağrını...

Other posts

Suda gizlənən enerji

Suda gizlənən enerji

  • 34 Views
  • 29.04.2025
  • 1 min read
Hər bir insanın toxunuşu suya fərqli təsir edir. ...
Public
More
All is well

All is well

  • 49 Views
  • 21.04.2025
  • 1 min read
Güclü olmaq hər zaman ağlamamaq deyil... Bəzən sadəcə iki saniyə dayanıb, göz yaşlarını içinə axıdıb, yenidən davam etməkdir. Sən, səssiz qırıldığın ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.