Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Yağış, Müşviq (islamdanqabaq)
    Abbas Axundzadə
  • 349 Views
  • 30.07.2023
  • 1 min read

Yağış, Müşviq (islamdanqabaq)

Yağış yağır, bir də yağmasın bu şəhərə…

Yağış, Müşviq (islamdanqabaq)

Yağış yağır rəqs eyləyir gur damlalar,

Sıra sıra inci inci nur damlalar.

Yağış yağır və ayrılıqlar rəqs edir səmada,

Tozlanan şeirlərin şairləri vəhy gözləyir tanrılardan.

 

Yağış yağanda dənizlər də göylərə qibtə edər, 

Sanki ölmüş sevgilərə ağlayır mələklər.

Yağış yağır, şəhərin çirkinə qarışır qanı,

Çöldə yatan o çılpaq körpəyə mərhəmət yağdırır tanrı.

 

Yağış yağır, dualar damlalardan sarmaşır ki allaha çata,

Soyuqdan üşüyən balaca mələk bir azdan dönəcək tanrıya.

Dahilər solub dörd divar arasında,

dərdləri tüstülərlə səmaya buraxacaq,

Torpaq altda oğul gözləyən ana bir az da qocalacaq.

 

Ağaran saçlarını zamanın, sığallayacaq külək,

Azadlığa çatacaq bu gecə bütün şəhər.

Mən də, mən də unutmağa çalışıram səni bir təhər,

Gülüşlərin saxtalığını gizlədə bilmir dərin kədər.

 

Yağış yağır, bir də yağmasın bu şəhərə…

 

Other posts

İlahi

İlahi

  • 320 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 315 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.