Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Öləcək
    Abbas Axundzadə
  • 263 Views
  • 25.02.2024
  • 1 min read

Öləcək

Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə.

Öləcək

Məni səndən ayırar bu gecə,

 

Nəfəsim yorular bədənimdən.

 

Həqqi izhar davasında ruhum necə,

 

Batilə həqqi fəda edər hədərindən.

 

 

Nə qalır insana bu dünyadan?

 

Kim apardı şöhrətindən pulundan?

 

Möhkəmcə tutub qəhərimin qolundan,

 

Deyərəm tək qoyma məzarda bu gecə.

 

 

Çox üzülmə ağlama, hamı öləcək,

 

Dünyanın vəfasızlığını hamı görəcək.

 

Çox qəlbini sıxma, ölüm də öləcək,

 

Necə ki içimdə dünya öləcək bu gecə.

 

 

Yaşım nə o yaş, qalmışam çaşbaş,

 

Nəqədri çıxdıqca həyatla başabaş.

 

Neçə sevənim soxacaq aşa baş,

 

Mən əzab çəkdikcə təklikdən bu gecə.

 

 

Nə təklik, nə yalnızlıq, söylə haşa,

 

Bir qəmlik tənhalıq vurubdur başa,

 

Eylə tövbə, gərək yox dəysin baş daşa,

 

Yaşayıb Allaha təslim olacam bu gecə.

Other posts

İlahi

İlahi

  • 265 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Küçələr Yoxdur

Küçələr Yoxdur

  • 399 Views
  • 08.08.2023
  • 1 min read
Mən yolunu azmış, itkin, Sən də Roma kimisən. Bütün yollar sənə aparır. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.