Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Təklik (islamdanqabaq)
    Abbas Axundzadə
  • 319 Views
  • 30.07.2023
  • 1 min read

Təklik (islamdanqabaq)

Bir azdan, gecə düşəndə, O uşaq da, mən də məhv olacam.

Təklik (islamdanqabaq)

Ətrafımda indi səndən başqa heç kəs yoxdur,

Sən, ilk və son dərd ortağım,

Bu şəhərin bağırtılarından uzaqdakı,

Gecələr səssiz hayqırtılarımı gizlətdiyim yatağım və kiçik rəfimdən ibarət olan kədər otağım,

Sən mənim özümə qarşı verdiyim mübarizələrimin toplusu,

Tək qalanda ağır-ağır alıb verdiyim nəfəslər,

Otağın işıqlarını söndürəndə qulağımdakı əcayib səslər,

Çox çətindir qapanmaq özünə,

Ətrafını heçə saymaq qədər,

Bu dəqiqə,

Ruhumu parçalayan qara dəliklərin hadisə nöqtəsindəyəm.

Bu dəqiqə,

Şəhərin dar küçələrinin birində,

Beynində yaşadıqları, xatirələri, yaşından böyük düşündükləri,

Cismən əzilib bükülmüş, çiynində məktəb çantası olan,

7-8 yaşlı bir uşağın günəşdən qorunmaq üçün,

Öz kölgəsinə sıxılması kimiyəm.

Bir azdan, gecə düşəndə,

O uşaq da, mən də məhv olacam.

Bir dəfəlik qarışacam bu torpağa,

Yanımdan keçənlər varlığımı hiss etməyəcək.

Bir neçə saat sonra doğmaqda olan bir günəşin şüalarıyla,

Mən də bu həyata yenidən gələcəm,

Gələcəm ki, bir də gedim.

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.