Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Epiloq (islamdanqabaq)
    Abbas Axundzadə
  • 328 Views
  • 30.07.2023
  • 1 min read

Epiloq (islamdanqabaq)

Necə də xoşbəxtdir insanlar bu ölüm damğasıyla...

Epiloq (islamdanqabaq)

Bağlı qapıların arxasında, yığışılır pərdələr, 

 

Bitir film, bitir nağıl artıq sonuncu səhnələr.

 

Otaqda sönüb yanan işıq, pəncərələri tərpədən külək,

 

Dərmanı tanrıydı onun, varlığın sancılarında,

 

Ölüm oldu ona ən böyük kömək.

 

 

 

Bir az da yaşdı yerlər, deyəsən bulud ağlayır,

 

Bir həyat da belə bitir, bir kitab əbədi bağlanır.

 

Son saniyələr xərclənir ötən illərə üzülməklə,

 

Gözünün önündə xatirələri ocaqtək közərməkdə.

 

 

Artıq qurumuş bir ağactək hərəkətsizdi,

 

Bir-iki mələk xaric otaqda kimsəsizdi.

 

Başının altındakı yastıqın üstünə kədər iynələri sancırlar,

 

Kədər bəzən yağıştək gözəldi, amma yaradır palçıqlar.

 

 

 

Pozulur sükut otaqda qonşuların davasıyla,

 

Necə də xoşbəxtdir insanlar bu ölüm damğasıyla.

 

Sərin külək oxşayır saçlarının tellərini,

 

Beləcə salırdı o yadına ötən illərini.

 

 

 

Diz çökdü ruhu onun, son dəfə ağladı gözləri,

 

Kaş son dəfə  tanrı qarşısında çökəydi dizləri.

 

İzləri qoyub getdi bir gecə dalğalarında dənizin,

 

Nə qədər möhkəm bas quma, qalmaz əl izin.

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.