Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Cənnət qəbzləri (islamdanqabaq)
    Abbas Axundzadə
  • 321 Views
  • 30.07.2023
  • 1 min read

Cənnət qəbzləri (islamdanqabaq)

Yaşayacam cənnəti, qorxma orada ikimizə də yer var, qəbzlər məndən, İki gecə əvvəl Lüterdən borc almışdım.

Cənnət qəbzləri (islamdanqabaq)

Əldə qələm külə dönür göz yaşları axdıqca,

Tanrı da qəzəbli, mən əlimdə alma,

həqiqət meyvəsini daddıqca,

Fırtınalar kəsir yolumu qaçdıqca dalğalardan,

Yalanlara susanlar, həqiqəti qışqırdıqca yanlarında,

Necə də möhkəm çıxır səs karlar və lallar diyarından.

 

Yaz bu şəhəri talehimin ala-yarımçıq dəftərinə,

Yandır və gizlət külünü  toza qarışan rəflərimdə.

Kitablar-prizma, 

Dahilər qapı gördü bu səhifələri həqiqətin diyarına,

Bu kitablardan sonsuz kainat da mənə zindan göründü.

 

Nə günəşli günlərə var ümid,

Nə də yağan yağışlar xoşbəxtliyi gətirmədi.

Hər dəfə "düzələr" dedikdə daha da artdı qəmim, 

Artıq daşır səbrim, bu günlərdə tanrı da yoxdu köməyə gələ,

Sakitləş, narahat olma bu günlər də keçər, gedər və bitər.

 

Amma sən, sən olduqca yanımda mənim,

Unuduram həqiqəti və bitir dərdim qəmim,

Doğru nədir, yalan nədir, nə fərqi var?

Təkcə sən, mən və səma, orda ağ qara buludlar.

Tanrının parçası sənin qəlbində, həqiqət də hardasa arasında saçlarının,

Və səni bir möhkəm qucaqlayıb,

Yaşayacam cənnəti, qorxma orada ikimizə də yer var, qəbzlər məndən,

İki gecə əvvəl Lüterdən borc almışdım.

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.