Do what you love, gain support from your audience!
Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, SevilFest mövcud stereotiplərdən ötrü qadın və kuir rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.
Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirələrə təşviq edir.
Müxtəlif beynəlxalq əməkdaşlıqlar, qonaq və ekspertlərlə əlaqəni təmin edən festival yerli və beynəlxalq sənətçilər üçün qısa və tammetrajlı müsabiqələr təşkil etməklə yerli kino sənətini təbliğ edir. Həmçinin, festival paralel olaraq üç şəhərdə – Bakı, Şəki, Lənkəranda təşkil olunur.
Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə Sevilfest sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.
Bu da qapanışın şərəfinə! 🎉
Yolunuz açıq olsun 🌄
💜
Adım Nazim. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində çalışıram. Satyrusun axtarışı filminə baxdım. Şadam ki, Azərbaycada belə bir gözəl film çəkilib və ölkəmizi bir növ təmsil edir. Rəna xanıma və festival təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Nush olsun 😎
festivalın uzun ömürlü olmasını diləyirəm!
sevil’irsiniz🤍
hamıya məndən cappochino
hər zaman sevilin ❤️
Film seçimləriniz və gözəl təşkilatçılıq üçün təşəkkürlər
Müstəqil incəsənətin son qalasına, hörmətlə ❤️
🤍
🫂❤️
Thank you for all the work you put!
Sevirəm sizi! Tomris❤️
Hər il olduğu kimi bu il də, kosmosdan sevgilərlə!
Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək. 🤍
Açılışın şərəfinə ⚡️
🤍✨
Uğurlar əzizlərim, Lots of love and hugs❤️
Toksik patriarxal cəmiyyətsiz bir sabaha oyanmaq diləyi ilə🪽
Uğurlar olsun, ümid edirəm ki, bu günlər haqqında da azad filmlər çəkə biləcəyimiz zamanlar çatacaq❤️
Nuş olsun çiçəklərim❤️
Uğurlar🩷
Uğur olsun, yoldaşlar!✨
Kofe sizin eşşəyiniz
Bir qadının sənət yolunda atdığı hər addım, cəmiyyətin ruhuna toxunan bir nağıl kimidir. Bu yolda bir işıq ola bilmək ümidi ilə dəstəyimi təqdim edirəm. Uğurlar diləyirəm.
❤️❤️❤️❤️❤️
💜
uğurlar 🫶
good luck!
Uğurlar, gözəllər 💜
Good luck💫
Uğurlar, Sevil Fest! ☘️
Loves and hugs 🫶🏼🍸✨
Long live "Sevil"
Uğurlar arzu edirəm
Hər zaman uğur sizinlə olsun 💓
Fəaliyyətinizdə uğurlar!
Uğurlar
Uğurlar :)
sevgilerle :)
lumos.-dan
❤️
Kosmosdan qucaq dolusu sevgi
var ol, sevilfest
Copyright © 2025 Sevil Fest. All rights reserved.
🍒💚