Biləsən gərək…
Qalmayıb artıq dost sədaqəti,
Nə Məcnun, nə Leyli məhəbbəti
Zalım dünyada bir tək həqiqəti
Acı da olsa biləsən gərək
Yox olub , itib insanlıq, vicdan,
Sözlər də saxtadı, ürək də yalan,
Saxtakar həyatda kimə inan?
Dostu , düşmanı tanıyasan gərək.
İstəsən gülmək, səbəb tapılmaz,
Hər kəsdə günahı, görmək olmaz,
Dünyanı dəyişmək, düzəltmək olmaz,
Sadəcə səbr edib dözəsən gərək.
Elgün Qafar
