Başlıq: Lovğa Ay| Qəfər Rüstəm | Nağıllar və HekayələrMüəllif: Qəfər Rüstəm
Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azərbaycan dilində cizgi filmləri
Tiktok: / ulduzluyol
Instagram: / ulduzluyol
Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Lovğa ay / Lovga ay / Meşə heyvanları / Meshe heyvanlariEtiketlər: nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Мультфильмы на азербайджанском языке, Поучительные мультфильмы на Азербайджанском языке, Azerbaijani fairy tales, Azerbaijani animated films for children, çizgi film, cizgi film, Azerbaycan masalları, Azərbaycan nağılları, Ay, dovşan, ayı, qarışqa, yarasa, günəş
#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları
*Lovğa Ay nağılı*
Biri var idi, biri yox idi. Meşələrin birndə, gecənin qaranlığında heyvanlar yatmışdıılar.
Ay gecə gözünü açıb hər tərəfi süzdü. Hamı onun işığında mışıl mışıl yatırdı. Ay öz-özünə fikirləşdi.
-Gör mən nə qədər də güclüyəm. Canlıların hamısı mənə möhtacdır. Onlar mənim işığım olmadan yaşaya bilməzlər.
Yorğun, yorğun yeriyən qarışqa ayın səsini eşitdi. O gülümsəyib dedi:
-Ey ay, nə yaman lovğalanırsan, yoxsa özünü çox güclü hesab eləyirsən?
Ay daha da qürurlanıb ona gözucu nəzər saldı:
-Əlbəttə ki, mən güclüyəm! Mən işıq salmasam, sən yuvana necə gedib çata bilərsən?
Qarışqa başını buladı və heç nə deməyib yoluna davam elədi.
Ay dənizdə əksinə, baxıb, gözəlliyinə heyran oldu, Hamıdan gözəl olduğunu fikirləşib daha da lovğalandı.
Yarasa havada qanad çırpa-çırpa aya dedi:-Ey ay, nə yaman lovğalanırsan. Olmaya özünü hamıdan gözəl görürsən?
Ay üz gözünü turşudub dedi:
-Əlbəttə ki, mən gözələm. Bir sənlə mənim fərqimə bax, mən ağappağam, sən isə qapqara. Mən gözəl göyçəyəm, sən isə çirkin.
Ay bunları deyib qəhqəhə ilə güldü. Yarasa heç nə demədən uçub getdi.
Ay bütün gecə gücünü və gözəlliyini fikirləşib lovğalandı. Heyvanlar onun bu lovğalığından təngə gəlmişdilər. Amma heç kim ona cavab vermirdi. Gözləyirdilər ki, öz səhvini özü başa düşsün. Axı lovğalıq yaxşı xasiyyət deyil. Başqalarını özündən aşağı görmək yaxşı əməl sayılmır.
Vaxt yetişdi. Dan yeri sökülməyə başladı. Günəş yavaş-yavaş yüksəlib hamını salamladı. Heyvanlar, quşlar günəşi görüb çox sevindilər. Günəş, Ay kimi deyildi. Hamıya hörmət eliyirdi. O böcəkdən tutmuş uca dağa qədər hər kəsə ehtiramla yanaşırdı. Buna görə də hamı günəşi sevirdi. Günəş yüksəldikcə ay tamamilə görünməz olurdu. Ay bilmirdi ki, hirsindən neyləsin. Axı günəş onun bütün şöhrətini yox edirdi. Yerdəki canlılar günəşi görən kimi aydan şikayət eləməyə başladılar. Qarışqa hamının adından dedi:
-Ey günəş, bu ay özünü hamıdan güclü bilir, hamımızı özündən aşağı görüb, bizə hörmətsizlik eləyir.
Günəş təbəssüm eləyib dedi:
-Ay işığını məndən alır, gecələr mənim işığımla həm sizi, həm də özünü aydınladır. Onun çöhrəsinin gözəlliyi məndən borc aldığı işıqdandı. Axı necə ola bilər ki, o özünü hamıdan üstün görsün? Başqalarını özündən zəif görənlər, əslində özləri gücsüzürlər.
Ay günəşin gəlişi ilə bütün gözəlliyinin və gücünün getdiyini gördü. Artıq lovğalanmaq üçün heç nəyə sahib deyildi. O, günəşin parlaq işığında yavaş-yavaş gözdən itdikcə öz-özünə fikirləşdi:
-Axı mən niyə belə lovğalanırdım? Heç güclü də deyilmişəm, gözəl də. Əsl gözəllik və güc başqalarına hörmət etməkdədir. Kaş ki, əvvəlcə bunu anlaya biləydim.
Ay, tutduğu əməllərdən peşman oldu, hamıdan üzr istədi, hamı da onu bağışladı. Yenidən ay ilə dost olub, Birlikdə mehriban yaşadılar.