Norveçin Bergen şəhərinə xoş gəldiniz
Norveçin 2-ci ən böyük şəhəri olan Bergen demək indiyə qədər gəzdiyim ən bəyəndiyim şəhər oldu. Əsasən yaşıl rəng üstünlük təşkil etsədə rəngarəng şəhərdir. Bergenə baş çəksəniz mütləq amma mütləq balıq bazarına dəyin, bir neçə çeşiddə balıq və pendir dadın mütləq, düzdür çox bahadı lakin dəyər. Mən 4 növ - hərəsindən bir dilim balığa 120 azn ödədim Xüsusilə deməliyəm ki, Brünøst və Honnigkloverøst pendirlərini dadmalısız (120-140 AZN / 1 kq)
Kiçik bir dilimi təxminən 10 AZN edir
Bergenə ənənəvi olaraq Skandinaviyanın qapısı Polşanın Gdansk şəhərindən uçdum. Buradan Norveçin 10-dan çox şəhərinə uçuş var. Bergendə edilməli olan aktivitelər çoxdur. Mərkəzdən - Fishmarketdən Oster fyorduna cruise gəzintisi var. Tövsiyyə edirəm əgər digər fyordlar sizə uzaq gəlirsə. Ulriken və Fløyen dağına çıxa bilərsiz. Fløyenə mərkəzdən funiklor da qalxır əgər hiking etmək istəməz. Belə piyada 1 saatlıq yoldu. Bergen ümumiyyətlə elə bir yerdir ki, oradan Norveçin populyar yerləri rahat şəkildə səyahət edə bilərsiz. Dünyaca məşhur olan Gudvangen fyordu, Voss şəhəri, Undreal kəndi, Ausland fyordu, Flam kəndi bütün bunların hamısına raha şəkildə baş çəkə bilərsiz. Biraz aşağı - cənuba tərəf desəz o zaman o məşhur dik qayaya - Troltungaya gedə bilərsiz, lakin tək yox konkret komanda ilə getmək lazım. Tək gediləsi yer deyil.
Aşağıda getdiyim yerlər, səyahət müddəti və qiymətlərlə tanış ola bilərsiz:
WizzAir hava yolları:
Gdansk - Bergen - Gdansk | 48 AZN
Hostel:
Bergen Budget hostel | 70 AZN / 2 gün
Qatar:
Bergen aeroportu - şəhər mərkəzi | 8 AZN
Kruz-fyord səyahəti (3 saat):
Bergen - Oster fyordu - Bergen | 120 AZN
Avtobus (3 saat):
Bergen - Gudvangen fyordu | 80 AZN
Kruz-fyord səyahəti (2 saat):
Gudvangen - Fläm | 140 AZN
Fläm qatarı (1 saat):
Fläm - Myrdal | 60 AZN
Qatar (3 saat):
Myrdal - Bergen | 75 AZN