Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Özünüsatanlar
    Hüseyn Qəhrəmanov
  • 263 Baxış
  • 06.06.2024
  • 3 dəq oxuma

Özünüsatanlar

Siz heç Xalqlarda və ya Neftçilərdə olmusuz?! Bunlar Bakının hər üzünü görən yerlərdəndir. Son zamanlar buralarda çox oluram. Və gözümə özünüsatanlar dəyir.

Özünüsatanlar

    Siz heç Xalqlarda və ya Neftçilərdə olmusuz?! Bunlar Bakının hər üzünü görən yerlərdəndir. Son zamanlar buralarda çox oluram. Və gözümə özünüsatanlar dəyir. Onlar yol kənarında, körpüaltında dayanıb gözləyirlər ki, hansısa bir maşın onlar üçün dayansın. Həmin maşındakı şəxs və ya şəxslər onların gününü müəyyən pul müqavilində alır. Daha bilmirəm saatları, günləri neçəyədir, ancaq onu bilirəm ki, bu işə bir parça çörəyə görə dözürlər. Mən isə bu insanları dəstəkləyirəm…

    Bilirsiz, insanlar bu barədə fərqli düşüncələrə sahibdirlər. Kimisi bu işə ayıb bir şey kimi yanaşır. Kimisi isə “əhsən” deyib susur. Çünki günümüzdə bu cür bir yükün altına girmək hər insanın başı üçün deyil.

    Özünüsatanların arasında bəlkə ali təhsilli olanları da var, ancaq nə edək ki, bu insanların bəxti, taleyi bu cür gətirib. Ancaq taleyə də inanmıram. Yazıçı Cek Londonu xatırladım. “Martin İden” əsərini yazdıqdan sonra yazıçı əsərin sonunu yaşamaq qərarına gəlir və öz taleyini o istiqamətə dəyişir. Burdan nə başa düşürük?! Yazıçı  öz taleyini, öz həyatını özü yazır və yaşayır. Daha “Mənimki də belə gətirdi” deyib kənara çəkilmir. Ancaq siz Cek Londonu örnək götürməyin. O hər nə qədər öz istədiyi həyatı yaşasa da istiqamətini gözəl təyin etməmişdi. Siz xariqüladə olaraq həyatınızı gözəlliklərlə bəzəməyi düşünün. Çünki nə düşünsəniz, o da duanıza çevriləcək.

    Özünüsatanlardan danışırdıq axı?! Onların arasında mütləqdir ki, övlad yetişdirənlər var. Məhz övladları üçün, ailələri üçün özlərini satırlar. Onlar qədər fədakar ola bilərsiz? Çətin ki...

    Bir gün onlara yaxınlaşacam. Gündəlik qazanclarının nə qədər olduğunu soruşacam. Ümumiyyətlə mənə marağlıdır ki, həqiqətən onlara tələbat çoxdur? Görəsən hər biri gün ərzində pul qazana bilir? Yoxsa aralarında elələri var ki, xarici görünüşünə görə heç kəs tərəfindən bəyənilmir və gün ərzində qazancı olmur?!

    Bayaqdan elə özünüsatanlar deyirəm, ancaq vurğulayım ki, onlar mənə görə özünüsatanlar deyil də, işinisatanlar adlandırılmalıdır, hətta beləsi daha doğru olar. Ancaq yenə də ümumi olaraq özünüsatanlar deyəcəyik.

    Düşündükcə insana qəribə gəlir. Bu iş həqiqətən çətindir. Pula görə kiminsə qarşısında əyilirsən. Nəzərə alsaq ki, bu insanın necə xasiyyətli biri olacağı sadəcə ehtimallara bağlıdır, onda bizim bu özünüsatanlar həm də özlərinə şans diləyirlər. Onlara it kimi davrananlar mütləq vardır. Onlara qul kimi davrananlar mütləq vardır. Bir də inanıram ki, onlara sevgi ilə yanaşacaq insanlar vardır. Məsələn, biri elə mən. Onlara sevgi ilə baxıram. Onların əzminə həsəd aparıram...

    Hər biri də evdən öz aparatını, iş cihazını gətirib dayanır ki, bəlkə kiminsə yanında iş olar. Yox, yox, mən fahişələrdən, pozğunlardan danışmıram. Bəlkə bir gün onlardan da danışarıq, ancaq mən bütün məqalə boyu sizə yol kənarında dayanıb iş gözləyən kişi fəhlələrdən danışırdım. Onların işi nə qədər də çətindir!

#23

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Digər məqalələr

Döyüldüm

Döyüldüm

  • 110 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
Ağsaqqal

Ağsaqqal

  • 165 Baxış
  • 22.02.2025
  • 9 dəq oxuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.