Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Tavan
    Hüseyn Qəhrəmanov
  • 7 Baxış
  • 24.04.2026
  • 4 dəq oxuma

Tavan

Bu günə kimi xanımı ilə bu yataqda uzanmış, xoş anlar yaşamışdılar. İndi bu yataqda tək qalmışdı. Ona görə əlindən gələn tək bir şey var idi: tavana baxmaq.

Tavan

Dörd divarın üzərində dayanan tavan. Gözlərinin gördüyü səhnə sadəcə bu tavandan ibarətdir. İnsanın beş duyğu orqanı var. Onlardan biri gözdür. Bu gözlər sadəcə tavanı seyr edir. Boş tavanı. Bir tavan nə qədər mənalı ola bilər ki?! Məncə heç nə qədər. Ya taxta parçasıdır, ya da başqa hansısa material. Siz heç taxtanın söhbət etdiyini görmüsüz? Bu sual niyə səsləndi ki? Bir şeyin mənalı olması onun söhbət edə bilməsi ilə ölçülür?!

Təbii ki, yox. Sadəcə o tavanın canlı olmadığını və buna görə də heç bir mənası olmadığını demək istədim.

O da bu mənasız tavanın altında uzanmışdı. Ancaq başqa çarəsi yox idi. Çünki bu yataq iki nəfərlik taxt idi. Bu günə kimi xanımı ilə bu yataqda uzanmış, xoş anlar yaşamışdılar. İndi bu yataqda tək qalmışdı. Ona görə əlindən gələn tək bir şey var idi: tavana baxmaq.

İnsanın ən məhrəm yeri yatağıdır. Çünki bütün xoş anlarını, gizli anlarını həmin yataqda yaşayır. Lakin indi bu yataqda tək qalıb və nə edəcəyini bilmir. Gözünə yuxu getmir. Beynində düşüncələr dayanmır. Qadını ilə birgə yaşadığı gözəl günlər çoxdan sona çatıb.

Yox, yox. Yoldaşı vəfat etməyib. Sadəcə olaraq boşanıblar. O inanır ki, həyat onları təkrar bir araya gətirəcək. Ona görə də səbrlə gözləyir. Tavana baxaraq keçmiş günləri xəyal edir. Axı necə olsa, bu tavan onun sirdaşıdır?! Bütün hər şey bu tavanın altında yaşanıb və həmin bu qədimi tavan onların hər anına şahidlik edib. Bütün romantik günləri izləyib, bütün ehtiraslı öpüşlərin, sevişmələrin şahidi olub.

O istəyirdi ki, tavan canlı olsun və bütün gördüklərini ona danışsın. Beləcə bütün xatirələr təkrar canlansın zehnində. Ömrünün ən xoş anları yoldaşı ilə keçmişdi və elə ən çox geri dönüb təkrar yaşamaq istədiyi zaman da yoldaşı ilə birlikdə olduğu zaman idi.

O.

- Əzizim, axı mən bunu çox istəyirəm?!

- Olmaz. Sən mənə hörmət etmirsən. Hər insanın azadlığı var və hər kəs qarşısındakı insana hörmətlə yanaşmalıdır. Mənim azadlığımı əlimdən alma. İstəklərimə hörmətlə yanaşmalısan və qəbul etməlisən!

Azadlıq.

Günümüzdə kəskin surətdə yayılan bir ideologiya var: Azadsan və istədiyini edə bilərsən. Bu ən çox da münasibətlər arasında problemə çevrilmişdi. Belə bir düşüncə formalaşmışdı: mən azadam və hər kəs mənim istəyimə görə davranmalıdır. Mən nə istəyirəmsə, bunu haqq edirəm və hər kəs mənim istəyimi qəbul etməlidir.

Bir nəfər də çıxıb demirdi ki, bu həyat məncillik üçün yaranmayıb. Empatiya və qarşılıqlı əlaqələr deyilən bir anlayış var. Bir nəfər də çıxıb demirdi ki, sən azadsan, sənin istəyin varsa, qarşındakı insan da azaddır, onun da istəyi var. Sənin istəyin var, başa düşdük, bəs onun istəyi? Onun istəyi necə olacaq?! O azad deyil?..

Ayrılıq.

Bu sözlər otaqda əks-səda verdi: sən mənə hörmət edib istəyimlə razılaşmalısan. Bir neçə gün sonra isə qırılma nöqtəsi yaşandı. Onlar ayrıldılar və qadın çıxıb getdi. İndi o və onun hörmət görməyən istəklərinə şahidlik edən tavan qaldı.

Tavan.

 Bu otaq belə sükut içində olmamışdı heç. O yatağa uzanır və gözlərini mənə dikir. Sanki onu izlədiyimi başa düşür. Bu otaq daim hərarət dolu olub. Ya da qızğın bir döyüş meydanı. Onlar ya savaşırdılar, ya sevişirdilər. Mən onların danışıqlarından elə də baş açmırdım. Nə dediklərini başa düşmürdüm. Ancaq sevişərkəm çıxardıqları səslərlə, dalaşanda qışqıraraq çıxardıqları qəzəb səsini yetəri qədər yaxşı ayırd edə bilirdim. Belə də mən sözlərdən çox hərəkətləri başa düşürdüm. Onları dinləmirdim, izləyirdim.

Bir gün isə o hadisə baş verdi. Qadın bir dəfəlik çıxıb getdi və bundan sonra onunla mən hər gecə baş-başa qaldıq. Belə olan halda o gözlərini mənə dikir və uzunmüddətli seyrə başlayır. Bu isə təbii olaraq məni narahat edir. Axı mənim istəklərimə hörmət etməlidir. Mən istəyirəm deyə gözlərini yummalı və mənə baxmağı dayandırmalıdır...

 

Digər məqalələr

Axar su

Axar su

  • 83 Baxış
  • 04.03.2026
  • 6 dəq oxuma
Bir şüşəyə məktub yazıb atsam, o şüşə sevdiyimə çatarmı?! Aylardır onunla uzağıq. İnsan dənizdə boğulanda saman çöpündən yapışarmış. Mən həyatda boğul ...
Hər kəs
Daha çox
Döyüldüm

Döyüldüm

  • 478 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.